İnsanın xasiyyəti ən dəqiq diaqnoz və ən düzgün müalicə yoludur («Təbabət və Həqiqət» kitabından)

Mənim ən çox diləyim sizlər için —

Sağlam bədən, sağlam fikir, sağlam beyin.

                                                     H.Cavid

 

Əsəbə qənaət – ömrə qənaət deməkdir.

                                                        Sədi

 

Sağlamlığın fikir və düşüncələrdən, insanın emosional vəziyyətindən asılı olduğu yəqin ki heç kəs üçün sirr deyil. Daha konkret yanaşdıqda isə məlum olur ki, hətta hər bir xəstəliyin fiziki səbəbi olduğu kimi, öz mental (fikir) səbəbi də vardır.

Başqa sözlə, hər bir hiss, fikir sanki bədənin müəyyən hissəsinə və ya müəyyən bir üzvə təsir edir. Məsələn, qəzəb hissi, primitiv emosiyalar qara ciyəri «hədəf seçir». Miqren, əsasən, sərbəstliyə can atanlarda olur. Qəbizlik xəsislər və lazımsız əşyaları atmayıb saxlayanlar üçün xasdır. Bu «maraqlı siyahını» uzatmaq da olar. Yəni hər bir xəstəliyin mental səbəbini axtarıb tapmaq mümkündür.

Xəstəliyin mental səbəbi onun kökü hesab edilir. Düşüncə, fikir və hisslərimiz bir “enerji parçası” (şərti olaraq, bu “enerji parçası”nı «sahəcik» adlandıracağam) olaraq energetik sistemdə yerləşir və energetik sistemdə müvafiq dəyişikliyə səbəb olur. Belə ki, onların yaratdığı dəyişiklik, bilavasitə onların keyfiyyəti (“növü”) ilə bağlıdır.

İnsan üçün təbii olan Sevinc, Fərəh, Sevgi kimi hisslər (və onlardan doğan emosiyalar) energetik sistemdə xoas yaratmır, əksinə, onu gücləndirir. Çünki, o, insan üçün təbiidir, yəni energetik sistemlə həmcins enerjidir (insana özündən pay vermiş Vahid, Sonsuz, Əbədi İdrak – Mütləq Sevinc, Mütləq Fərəh, Mütləq Sevgi, Azadlıq mənbəyidir).

İnsanın təbiətinə əslində yad olan kin, qəzəb, nifrət və s. bu kimi neqativ hisslərin enerjisi isə energetik sistem üçün yaddır və onun üçün artıq yükdür. Ona görə də energetik sahə onu dəf etməyə çalışır və bu zaman külli miqdarda enerji sərf edir. Bu enerji itkisi fiziki bədəndə də əks-səda yaradır.

.«Növ»ündən (yəni hansı fikir və hisslərdən törəndiyindən) «sahəcik» fiziki bədənin müəyyən (müfafiq enerjili) hissəsinə, yəni müəyyən bir üzvə təsir edir. Nəticədə, həmin üzvün zəifləməsinə səbəb olur, beləliklə, xəstəlik üçün zəmin yaradır.

Məhz elə bu səbəbdən də həmin «sahəcik» aradan qalxmadan xəstəliyin tam müalicəsindən söhbət gedə bilməz. Doğrudur, ekstrasensor təsirlə energetik sistemi bütün neqativ enerjilərdən (o cümlədən, öz düşüncələrimizdən yaranmış «sahəcikdən») təmizləmək mümkündür.

Lakin hiss və həyəcanlarımız, onları doğuran fikir və düşüncələrimiz qalmaqda davam edirsə, yenidən kök atacaq («sahəcik» yaradacaq) və cücərəcək (xəstəlik doğuracaq). Deməli, bu düşüncələrə son qoymadan xəstəliyin qarşısını tam almaq olmaz. Elə bu səbəbdən də hər hansı müalicəyə başlamazdan əvvəl öz fikirlərini nizama salmaq lazımdır.

 (ardı var)

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *