Ən böyük qanun

Bismillahir rəhmanir rəhim

Bir dəfə «Qanun keşiyində» adlı bir qəzetə təsadüf etdim. Kriminal xəbərlərlə dolu bir qəzet idi. Orada yazılan saysız-hesabsız qanun pozuntuları məni düşüncələrə vadar etdi və bu haqda yazmaq qərarına gəldim. Dərc ediləcəyinə ümid etməsəm də, sağ olsunlar, dərc etdilər. Əsasən Quran ayələrindən ibarət olan həmin yazını olduğu kimi nəzərinizə çatdırıram:

Bəlkə də burada yazilanlar kimin üçünsə ilk dəfə oxuduğu Quran ayələri olacaqdır. Ona görə də belə bir yazının qəzetinizdə dərc etdirmək istəyinin təəccüblü görunəcəyinə şübhə etmirəm. Elə bu səbəbdən də onun dərc ediləcəyinə — oxuculara çatdırılacagına o qədər də ümid bəsləmirəm, heç olmasa, qəzetin yaradıcıları oxusunlar, bəlkə bəhrələndilər. Aşağıda yazılanları da əlavə olaraq diqqətinizə çatdırıram.

BU GÜN SƏN ALLAH NAMİNƏ NƏ ETMİSƏN?

O Allah ki səni yedirdir və içirdir,

xəstəlik zamanı sənə şəfa verir.

O Allah ki səni qoruyur.

O Allah ki sənin üçün Quran nazil edib.

Bu gün Quran oxumusanmı?

Gününü Allahın adı ilə başlamısanmı?

Onu həmd etmisənmi?

Axirətin üçün tədarük görmüsənmi?

Bu gün sən kim olmusan?

Diri, yoxsa ölü?

«Axirəti üçün çalışmayan insan ölüdür».

Hz. Mühəmməd (s)

ƏN BÖYÜK QANUN

“Qanun keşiyində”nin oxucularına və yaradıcılarına

Həyatın axarına düşüb yaşayırırq. Qanunlar icad edirik. Həyatimizda nizam, firavanliq olsun deyə. Bəs nədir həyat? Nə üçün yaranmışıq? Nə üçün yaşayırıq? Bu suallari öz-özünüzə vermisinizmi heç?

Bizi Allah yaradıb və öz qanunlarini da nazil edib. Firavan yaşamagimiz üçün, nizamlı həyat sürməyimiz üçün. Bu qanunlar kodeksi “Quran” adlanır. Quran oxuyuruqmu? Hansı birimizdən soruşsan, müsəlman olduğumuzu təsdiq edərik. Amma müsəlman kimimi yaşayırıq? Xəbərimiz varmı Allahın bizim üçün yazdıgı qanunlardan? Bəlkə bəziləri ilə tanış olaq?

Ey insan! Sən Rəbbinə doğru çalışıb-çabalayırsan. Sən Ona qovuşacaqsan! (İnşiqaq surəsi, 6-cı ayə)

Mən cinləri və insanlari yalnız mənə ibadət etmək üçün yaratdım! (Zariyat surəsi, 56-cı ayə)

Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır. (Mülk surəsi, 2-ci ayə)

Biz Allahın bəndələriyik və Ona tərəf qayıdacağıq. (Bəqərə surəsi, 156-cı ayə)

Mənim bəndələrim səndən mənim barəmdə soruşanda (de ki,) mən həqiqətən (hamıya) yaxınam, Məni çağıranın duasını qəbul edərərəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar. (Bəqərə surəsi, 186-cı ayə)

 Bilin ki, mallarınız və övladlarınız imtahan vasitəsidir və həqiqətən böyuk mükafat məhz Allahın yanındadır. (Ənfal surəsi, 29-cu ayə)

Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Bütün işlər axırda Allaha qayıdacaqdır! (Ali Imran surəsi, 109-cu ayə)

Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər! (Ali-İmran  surəsi, 160-ci ayə.)

Allaha təvəkkül et. Allahın vəkil olması kifayət edər! (Əhzab  surəsi, 73-cu ayə)

Ey insanlar! Allahın yaratdığı bu qədər neməti xatırlayın. Sizi nemətlərə qərq edən Allahdan başqa bir yaradıcı varmı? Ondan başqa bir tanrı yoxdur. Belə olan halda necə olur ki, imandan küfrə dönə bilirsiniz? (Fatir surəsi, 3-cü ayə)

Bəs məgər onlar  bu Quranın barəsində düşünmürlər?! (Nisa surəsi, 82-ci ayə)

Bu (Quran) Rəbbiniz tərəfindən (göndərilmiş) aşkar dəlillərdir, həm də iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir. (Əraf surəsi, 203-cü ayə)

Biz bu kitabı bəlkə siz düşünəsiniz deyə ərəbcə olan bir Quran etdik. (Zuxruf surəsi, 2-ci ayə)

Bilirəm ki, ölkəmizdə din dövlətdən ayrıdır. Başqa sözlə, “bu qanunlar” “o qanunlara” qarişmır. Amma unutmayaq ki, hər şeydən əvvəl biz Allahın bəndələriyik və istər-istəməz onun qanunlarına tabeyik. “İstər-istəməz” sözünü təsadüfən işlətmədim, biz fitri olaraq, ixtiyari, ya qeyri-ixtiyari bu qanunlara tabeyik. Axi, “göylərin və yerin həqiqi sahibi və mütləq hakimiyyət Allaha məxsusdur” (Tövbə surəsi, 116-cı ayə) və ƏN BÖYUK QANUN – Allahin qanunudur ki, HƏR BİRİMİZ onun qarşısında MÜTLƏQ cavab verəcəyik!

Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacaginizi güman edirsiniz? (Muminin surəsi, 115-ci ayə) 

O gün bütün insanlar aləmlərin Rəbbinin hüzurunda duracaqlar! (Muttəffifin surəsi, 6-cı ayə)

Şübhəsiz ki, onların axır dönüşü bizədir! Onlarla haqq-hesab çəkmək də bizə aiddir! (Ğaşiyə surəsi, 25-26-cı ayələr)

Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən qyqmət gününün zəlzələsi dəhşətli şeydir! (Həcc surəsi, 1-ci ayə)

Yoxsa onlar Allahın dinindən başqasını axtarırlar? Halbuki, göylərdə və yerdə olan hər bir kəs istər-istəməz Onun qarşısında təslimdir. Hamı Ona tərəf qaytarılacaqdır. (Ali-İmran surəsi, 83-cü ayə)

Allahla bağladığınız əhdi ucuz satmayın. Allah yanında olan sizin üçün daha yaxşıdır. Kaş biləydiniz! (Nəhl surəsi,95-ci ayə)

Tək olan Allahdan başqa bir tanrı yoxdur. Sizi mütləq barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət gününə  toplayacaqdır. Sözdə kim Allahdan doğruçu ola bilər?! (Nisa surəsi, 87-ci ayə)

Allah vəd etdi. Allah Öz vədinə xilaf çıxmaz. Lakin insanların çoxu bilməzlər! (Rum surəsi, 6-cı ayə)

Bütün bunlara, əlbəttə, inanmamaq da olar. Əfsus, bu, heç nəyi dəyişmir. Əksinə, “barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət günü” bu inamsızlıq zərər verəcəkdir.

Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını dallarinda daşıyaraq deyəcəklər: “Dünyadakı təqsirlərimizə görə vay halımıza!” Bir baxın, daşıdıqları şey necə də pisdir! (Ənam surəsi, 31-ci ayə)               

Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərənlər üçün Cəhənnəmdə yer yoxdur?! ( Zumər surəsi, 60-cı ayə)

Xeyr, Mənim ayələrim sənə gəlmişdi, amma sən onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun! ( Zumər surəsi, 59-cu ayə)

Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)! (Əraf  surəsi, 182-ci ayə)

Və deyərlər: “Vay halımıza! Bu, cəza günüdür. (Bəli) bu yalan hesab etdiyiniz (haqq ilə batili, möminlə kafiri) ayırd etmə günüdür. (Saffat surəsi, 20-21-ci ayələr)

Haradan bilirsən ki, nədir o ayırd etmə günü?! O gün vay halına  yalan sayanların! (Mürsəlat surəsi, 14-15-ci ayələr.)

Ona gətirilib göstərildikləri zaman sən onların zillətdən boyunlarını büküb gizlin-gizlin baxdıqlarını görəcəksən… (Şura surəsi, 45-ci ayə)

Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsaydı, onu fidyə verərdi. Onlar əzabı gördükləri zaman için-için peşman olarlar. (Yunus surəsi, 54-cü ayə)

O gün vay halına yalan sayanların! Bu elə bir gündür ki, danışa bilməzlər. Onlara üzr istəməyə izn verilməz. O gün vay halına yalan sayanların! ( Mürsəlat surəsi, 34-37-ci ayələr)

Bəlkə düşünək? Onsuz da bütün bunların həqiqət oldugu bütün insanlara çatacaqdır.

O böyük bəla (qiyamət) gələndə, o gün insan nələr etdiyini yadına salacaqdır. (Naziyat surəsi, 34-35-ci ayələr)

De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir! (Cümə srəsi, 8-ci ayə)

Həqiqətən, Biz sizi yaxın bir əzabla qorxutduq. O gün insan öz əlləri ilə etdiyi əməlləri görəcək, kafir isə: “Kaş torpaq olaydım!” – deyəcəkdir. (Nəbə surəsi, 40-cı ayə)

Kaş gunahkarları öz Rəbbinin hüzurunda başlarini aşağı dikib: “Ey Rəbbimiz! Gördük, eşitdik. İndi bizi qaytar ki, yaxşı iş görək. Biz tam yəqinliklə inandıq!” – deyəndə görəydin! (Səcdə surəsi, 12-ci ayə)

Onlar deyəcəklər: “Vay bizim halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Rəhmanın məxluqata buyurduğu vəddir. Peyğəmbərlər doğru deyirlərmiş! (Yasin surəsi, 52-ci ayə)

 “Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edəydik!” – deyəcəklər. (Əhzab surəsi, 66-cı ayə)

Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən! (Qaf surəsi, 22-ci ayə)

Lakin bu sərrast görmənin insana heç bir faydası olmayacaqdır. Niyə?

Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi qədər ömür vermədikmi?! Hələ sizə qorxudan peyğəmbər də gəlmişdi. Dadın! Zalımların imdadına çatan olmaz! (Fatir surəsi,  37-ci ayə)

Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır! (Munafiqun surəsi, 11-ci ayə)

İş çətinləşəcəyi və səcdəyə dəvət olunacaqları gün onlar qadir olmayacaqlar. Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar saglam olduqları ikən səcdəyə dəvət olunurdular. (Qələm surəsi, 42-43-cü ayələr)

Onlar deyəcəklər: “Vay bizim halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Rəhmanın məxluqata buyurduğu vəddir. Peyğəmbərlər doğru deyirlərmiş! (Yasin surəsi, 52-ci ayə)

 “Kaş Allaha müti olaydıq, Peyğəmbərə itaət edəydik!” – deyəcəklər. (Əhzab surəsi, 66-cı ayə)

(Onlara belə) deyiləcəkdir: “Siz bu gününüzə qovuşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin məskəniniz Cəhənnəmdir. Sizə kömək edənlər də olmayacaqdır! (Casyə surəsi, 34-cü ayə)

Bəs nə edək? Quran özü yolu göstərir bizə:

(Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç

Bir kömək olunmaz! ( Zumər surəsi, 54-cü ayə)

Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır. (Ali-İmran  surəsi, 126–ci ayə)

Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə (Qurana) tabe olun! ( Zumər surəsi, 55-ci ayə)

Allaha və peyğəmbərə itaət edin ki, bəlkə bağışlanmış olasınız! (Ali Imran surəsi, 132-ci ayə)

Məni zikr edin ki, Mən də sizi zikr edim. (Bəqərə surəsi, 152-ci ayə)

Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona şeytanı urcah edərik. (Zuxruf surəsi, 36-cı ayə)

Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır! Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir! (Həşr surəsi, 19-cu ayə)

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir! (Ənfal surəsi, 29-cu ayə)

Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə, belələri əsl ziyana uğrayanlardır. Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin. (Munafiqun surəsi, 9-10-cu ayələr)

 (Elə edin ki, sonradan) bir kəs: “Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qurana, Peyğəmbərə və möminlərə) istehza edirdim!” – deməsin. Yaxud: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!” – söyləməsin. Və ya əzabı gördüyü zaman: “Kaş bir dəfə də (dünyaya) qayıda biləydim; yaxşı işlər görənlərdən olardım!” – deməsin! ( Zumər surəsi, 56-58ci ayələr)

Düşünürəm, şərhə, izaha ehtiyac yoxdur. Quran üzü hər şeyi deyir. Bu ayələrə də diqqət yetirək.

Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. Axirətdə şiddətli əzab, Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir. ( Hədid surəsi, 20ci ayə)

Dünya həyatı kafirlər üçün zinətlənmişdir. Onlar iman gətirənlərə istehza edirlər. Halbuki, müttəqilər qiyamət günündə onlardan üstündürlər. Allah istədiyi kəsə saysız-hesabsız ruzi verər. (Bəqərə surəsi, 212-ci ayə)       

Mən onlara möhlət verirəm. Lakin dolaşdırıb bəla toruna salmağım da , sözsüz ki, çox ağırdır! (Əraf  surəsi, 183-cü ayə)

(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: Ey Mənim özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! ( Zumər surəsi, 53-cü ayə)

Kafirlər üçün hazırlanmış oddan  həzər edin! (Ali Imran surəsi, 131-ci ayə)

Rəbbinizin məğfirətinə və Cənnətə tələsin. (Ali Imran surəsi, 133-cü ayə)

Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə nəzər salsın. (Həşr surəsi, 18-ci ayə) 

Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda ölün. (Ali-İmran surəsi, 102-ci ayə)

Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar! (Ali Imran surəsi, 85-ci ayə)

Və sonda: 

Xeyr, bu (Quran) bir öyüd-nəsihətdir! İstəyənlər ondan öyüd alar. (Muddəssir surəsi, 54-55-ci ayələr)

Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179cu ayə)

Səhərlər və axşamlar öz qəlbində yalvarıb-yaxararaq, qorxu ilə və səsini ucaltmadan Rəbbini yada sal və qafillərdən olma. (Əraf surəsi, 205-ci ayə)

Harada olsanız, hətta ucaldılmış hasarlar və qəsrlərin içərisində olsanız belə, ölüm sizi haqlayacaqdır. … Bəs bu qövmə nə olub ki, sözü dərk etmək istəmirlər? (Nisa surəsi, 78-ci ayə)

Bəs onlar Allaha və Onun ayələrinə inanmadıqdan sonra hansı kəlama inanarlar? (Casiyə surəsi, 5-ci ayə)

 Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mömin və ya kafir olmaq isə hər kəsin öz işidir). (Leyl surəsi, 12-ci ayə)

Gəlin, iman gətirək, kafir yox, mömin olmağa çalışaq. Allahın qoyduğu qanuna – ƏN BÖYÜK QANUNA tabe olaq. Və əgər insanlar ona tabe olsalar, bizim yerüstü qanunların – bəndələrin yaratdığı qanunların keşiyində durmaq da asan olacaqdır. Çünki Allah hər şeyi, o cümlədən, insanların yaratdığı qanunları əhatə etmişdir. Həmd olsun Allaha!

Əssalamu əleykum və rəhmətullahi və bərəkətuh

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *