KİTABXANA

Bismillahir rəhmanir rəhim

Deyirlər, işin başlangıcı ümumi işin 80%-ni təşkil edir. Bloqun hazırlanması ilə bağlı bu fikrin doğru olduğunu təsdiq etdim. Səhifə hazır olanda, onu bir-iki günə materiallarla dolduracağımı zənn edirdim. Amma tərtibat işi ilə bağlı qarşıya çıxan xırda problemlərin həlli xeyli vaxt apardı. Odur ki, hələlik hər bölüm haqqında ayrıca danışmaq, qisa məlumat vermək qərarına gəldim.

KİTABXANA-da müxtəlif kitabların elektron, imkan daxilində həm də audio versiyalarını yerləşdirmək nəzərdə tutulub. Burada həm də müəllifi olduğum kitablar yer tutacaq: “Təbabət və Həqiqət” və “Mənim dinim İslamdır”.

“Mənim dinim İslamdır” kitabını uşaqlar üçün tərtib etmişəm. Daha kiçik uşaqlar üçünsə “7 rəng – 7 kitab” adlı layihəm var. Bu 7 kitabçanın sadə məzmunu da KİTABXANA-da özünə yer tutacaq.

Bunaların ardından bəyəndiyim bəzi kitabların elektron və audio versiyalarını hazırlayıb KİTABXANADA yeləşdirmək fikrindəyəm. Maraqlandığınız hər hansı bir kitabı təklif edə bilərsiniz. İmkan daxilində, istəyinizi reallaşdırmağa çalışarıq, inşəAllah.

Bir şeyi də qeyd etmək istəyirəm. Mənim nəzərimdə Kitab – Qurandır və yerdə qalan nəşrləri, bir növ, simvolik olaraq “kitab” adlandırıram. “Hicab qadına niyə vacib oldu” kitabında müəllif Əsəd Quliyev öz kitabını “kitabça” adlandırıb. Bu, mənim çox xoşuma gəldi vəi bütün müəllif kitablarının bu cür adlandırılması ürəyimcə olardı.

Yeri gəlmişkən, Quranın elekton versiyası üçün quran.az saytına müraciət etmək olar. Həmin saytın ən köhnə versiyasını daha çox bəyənirdim. Amma indi də həmin sayta tez-tez müraciət edirəm. İndiki versiyada da yer tutan kəlmələrə görə ayə axtarış hansısa Quran ayəsini dəqiq yada salmaq, yaxud, müəyyən mövzu ilə bağlı ayələri tapmaq baxımından olduqca əlverişlidir.

Əssalamu əleykum və rəhmətullahi və bərəkətuh

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *