Eskizlər

Bismillahir rəhmanir rəhim

Müxtəlif səpgidə çoxlu qeydlərim var: bədii, publisistik, elmi və s. Onlardan bəzisi, bəlkə də, bir kitabın, bəzisi bir məqalənin mövzusu ola biləcək qeydlərdir, bəzisi isə bir məqalənin, ya kitabın yükündən ağır yük daşıyan bir söz — ifadədir.

Kimsə onlarda mən onlara verdiyim mənanı görə bilər, kimsə yox. Mən özüm də əhval-ruhiyyəmdən asılı olaraq müxtəlif cür dəyərləndirirəm bəzən eyni yazını.

Hər halda, həmin yazıları ara-sıra burada qeyd etmək istəyi keçdi ürəyimdən. ESKİZLƏR səhifəsi belə yarandı. Həmçinin, həmin an ürəyimdən keçən bir fikir, ya ifadə olarsa, onu da əsirgəməyəcəyimi düşünürəm.

Burada, yeri gəldikcə, Quran ayələri, hikmətli sözlər, ibrətamiz hekayələr və s. qeydlər də yer alacaq.

***

18016 - копия 21 fevral 2013 — 11 Rəbiəl-axır 1434                                           İnsanlar iki cür olur: mərd və namərd. Namərd haqqında deyirlər: «Keçmə namərd körpüspndən, qoy aparsın sel səni». Mərd haqqında isə deyirlər: «İgid odur, atdan düşə atlana, igid odur, hər zəhmətə qatlana». Mən də atlanıram. Namərd körpüsündən keçdikdən sonra… Hə, bir də hər ikisinin adı çəkilən atalar sözü var: «Mərdi qova-qova namərd edərlər»…

Безымянный

(İnsan üçün) onu öndən və arxadan təqib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. (Rəd surəsi, 11-ci ayə)

beautiful-water-drop,1366x768,46863 (2)

                                                                                                                                                                                                                                 Dünyanı dəyişmək istəyirsən — özünü dəyiş. (Konfutsi)                                                                                                                                                                                                                                                                

        

22 fevral 2013 — 12 Rəbiəl-axır 1434

18016 - копия

Həyat hadisələrini aysberqə bənzədirəm — görünməyən hissəsi daha böyükdür, özü də ölçü, həcm etibarilə yox, məna, mahiyyət etibarilə.

Безымянный

Biz (hər hansı) bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir? (Bəqərə surəsi, 106-cı ayə)

beautiful-water-drop,1366x768,46863 (2)

İnsan məziyyətlərinin də meyvələr kimi öz zamanı var. (Laroşfuko)


23 fevral 2013 — 13 Rəbiəl-axır 1434

Kişilikdən nişanə sanki bircə şey qalıb — səs. Yoğun, gur, bir də… qadına xoş gələn kişi səsi. Bu səsin sahibinin mütləq KİŞİ olduğunu zənn edirsən. Sonra yadına düşür ki, bu, sadəcə, səsdir, kişilikdən, bəlkə də, yeganə nişanə qalan səs…

  ***

Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. (Nisa surəsi, 34-cü ayə)

  ***

Həlak oldu öz qədrini bilməyən kişi. Hz. Mühəmməd (s)

  ***
24 fevral 2013 — 14 Rəbiəl-axır 1434

Biz bütün həyat boyu öyrənirik: əvvəlcə yeriməyi, sonra danışmağı, sonra yazıb-oxumağı, sonra… sonra… nəhayət, valideyn olmağı. Öyrənmək həmişə səhvlər, sınaqlar, büdrəmələrlə olur. Bir növ, məşq kimi — səhv edə-edə sonda nəyəsə nail olursan. Və 50 yaşın axarında da valideyn olmağı öyrənirsən…

  ***

Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. (Əhqaf surəsi, 15ci ayə)

  ***

Cənnət anaların ayaqları altındadır. Hz. Mühəmməd (s)

***

25 fevral 2013 — 15 Rəbiəl-axır 1434

Bismillahir rəhmanir rəhim. Cənnətin Axirətdə olduğunu bilirəm. Şükr. Amma Yer üzünün də öz cənnəti var. Qəlbinin diri olduğu, qəlbinin diriliyini qoruyub saxlaya bildiyin, iman nuru ilə nurlandığın yer cənnətindir bu yer üzündə. Cənnət adasına qayıdış…

Nə vaxtsa öz cənnətimə qayıtmağı düşünmüşdüm. İndi, birdən xatırladım ki, mən lap çoxdan da ada arzulamışdım. Hə, öz cənnət adama qayıdıram mən, elə bu gündən. Şükr. 17/İİİ-2010-cu il.

***

(Ya Rəsulum!) Söylə: “Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada (hər cür eyibdən) pak olan zövcələr və (ən böyük nemət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir! (Ali İmran surəsi, 15-ci ayə)

***

Ən uzaq məsafəyə də yol birinci addımdan başlayır. (Hansısa ağıllı deyib — mən Breqqdə oxumuşam)

  ***

26 fevral 2013 — 16 Rəbiəl-axır 1434

Deyirlər, yazarlar yazmaqla öz problemlərini həll etməyə çalışırlar. Bu sözlərdə böyük bir həqiqət var. Amma burda başqa bir həqiqət də var. Düşündüklərini başqalarına da çatdırmaq istəyirsən.Bəlkə də bu, xeyirxahlıqdır.İstəyirsən ki, kimin üçünsə asan olsun. Sən yaşadığın çətinlikləri başqaları yaşamasın. Vaxtında bilsin həqiqətləri.

  ***

O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır! (Zumər surəsi, 18-ci ayə)

  ***

Dünyada min yalan bir doğruya dəyməz. (Q.Təbrizi)

  ***

27 fevral 2013 — 17 Rəbiəl-axır 1434

Bismillahir rəhmanir rəhim. Uşaqlıqdan Quran kimi bir kitab, namaz kimi bir əməl olduğunu eşitmişdim. Bir də, adı uca tutulan Allah olduğunu bilirdim. Mən də hamı kimi Quranı müqəddəs, Allahı uca bilirdim. Amma bununla yanaşı dindarlığa «özgə bir aləm» kimi baxırdım, dindar olmağa isə az qala yadplanetli olmaq kimi.

  ***

O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər. O kəslər ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır. (Bəqərə surəsi, 3-5-ci ayələr)

  ***

Mən dərin bir imana sahib olmayan elm adamını təsəvvür edə bilmirəm. (A.Eynşteyn)

  ***

28 fevral 2013 — 18 Rəbiəl-axır 1434

İman gətirdikdən sonra hər şeyə münasibətim dəyişdi. Sevdiyim bir çox qəhrəmanlar gözümdən düşdü. Bəyəndiyim bir çox şeylər dəyərdən düşdü. Sadəcə, hər şey əsl dəyərini tapdı nəzərimdə əslində. Əlhəmdulillah.

  ***

(Ya Rəsulum!) Biz sənə (ehkamı bildirən, halal və haramı ayıran) açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər. (Bəqərə surəsi, 99-cu ayə)

  ***

Niyyətlər yaxın əməllərə görədir. Hz. Mühəmməd (s)

  ***

1 mart 2013 — 19 Rəbiəl-axır 1434

Bunu özümə belə etiraf etmək istəməzdim, amma özgələşdiyimi görürəm… İstəmədiyim adamlarla ünsiyyətdə ola-ola, istəmədiyim məclislərə gedə-gedə, istəmədiyim həyat tərzini yaşaya-yaşaya dəyişdim. Özüm kimi ola bilmirəm.Özüm ola-ola yaşaya bilmirəm və baxıb baxıb görürəm ki, belə yaşaya-yaşaya özüm olmağı tərgidirəm…

  ***

Rəbbinin kitabından sənə vəhy olunanı oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. (Allahdan) başqa heç bir sığınacaq tapa bilməzsən! (Pənah yalnız Allahadır!) (Kəhf surəsi, 27-ci ayə)

  ***

Bircə onu bilirəm ki, heç nə bilmirəm. (Sokrat)

***

2 mart 2013 — 20 Rəbiəl-axır 1434

İnsanlar sanki xəzinəsi olub, amma bundan xəbərsiz olduğu üçün ehtiyac içində, səfil yaşayan kimsələrə bənzəyirlər. Hər şeyin sahibi olan o böyük Allahın onu seçib bəndəliyə layiq bildiyini dərk edərək bundan qürur duymaq əvəzinə, murdar sudan yaranmış kimsələrə (özü kimilərinə) istinad edir, inciyir, umur, küsür və s. Bu həqiqəti dərk edən insan insanları vecinə alarmı?

  ***

Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər! (Hörümçək toru möhkəm olmayıb adicə bir yel nəticəsində dağıldığı kimi, onların bu dostlarının da heç bir etibarı yoxdur. Bərk ayaqda onları qoyub qaçarlar). (Ənkəbut surəsi, 41-ci ayə)

  ***

Hər kəsin qiyməti behiştdir. Kim özünü bundan ucuz satsa, uduzmuşdur. Hz. Mühəmməd (s)

  ***

3 mart 2013 — 21 Rəbiəl-axır 1434

Bismillahir rəhmanir rəhim. İnsanlar arasında olanda yazıq Diogenin günün günorta çağı çıraqla gəzib, «Adam axtarıram» deməsi yadıma düşür… Bax belə.

  ***

Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çapalayırsan. Sən Ona qovuşacaqsan! (İnşiqaq surəsi, 6-cı ayə)

  ***

Özündə rahatlıq tapmış adam heç yerdə rahatlıq tapa bilməz. (Laroşfuko)

  ***

4 mart 2013 — 22 Rəbiəl-axır 1434

Özümdə nə dərəcədə rahatlıq tapa bildiyimi deyə bilmərəm, amma heç yerdə rahatlıq tapa bilmədiyim yəqindir. Necə də sevmirəm qonqlıqları! Özü də fərq etməz, harda, hansı…

  ***

Həmd olsun O Allaha ki, Kitabı (Quranı mənasında və sözlərində) heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən Öz bəndəsinə (Muhəmmədə) nazil etdi! (Kəhf surəsi, 1-ci ayə)

  ***

Bugünki ağlım olsaydı, dünən etdiklərimi etməzdim. Amma dünən etdiklərimi etməsəydim, bugünki ağlım olmazdı.

***

5 mart 2013 — 26 Rəbiəl-axır 1434

Hazırki fəaliyyətimlə, daha doğrusu, saytdakı fəaliyyətsizliyimlə bağlı bir lətifə yadıma düşür. Qıfılı mişarla kəsən bir oğrunun yanından keçən birisi soruşur:

— Nə edirsən?

— Skripka çalıram.

— Bəs səsi niyə çıxmır?

— Səsi sonra çıxacaq…

Mənim də bu «fəaliyyətsizliyimin» səsi sonra şıxacaq, İnşəAllah.

  ***

Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. (Nisa surəsi, 34-cü ayə)

  ***

Hansı gün günah etmirsənsə, o gün bayramdır. Həzrət  Əli (ə)

***

İnsanlar Yer üzünü bərbad hala salıblar. Həyat əyri güzgüyə bənzəyir, beynində — qəlbində yaranan gözəl fikirlər ona əks — proyeksiya olunanda eybəcər hala düşür. (c) 14 may 2013-cü il.

***

KEÇMƏ NAMƏRD KÖRPÜSÜNDƏN, QOY APARSIN SEL SƏNİ, YATMA TÜLKÜ KÖLGƏSİNDƏ, QOY YESİN ASLAN SƏNİ. Mən bunu bacarmadım…  (4 iyun 2013-cü il)

Bacarmadım deyəndə ki… «Ana bala üçün canını oda yaxar» deyiblər. Elə tülkü kölgəsində də yatar — deyirəm (əlavə edirəm yəni).

Yeri gəlmişkən, aslanlar sakit və dinməz olurlar, didişən (ilişən) və hürənlər isə köpəklərdir. (6 iyun 2013-cü il)

***

Emosiyasız (zahiri yox, həm də daxilən) halımı daha çox sevirəm. Hər şeyə müdrikcəsinə bir laqeydliklə yanaşırsan. Məsələn, burdakı yazılara. Mənə elə gəlir ki, belə hallarda insan Allaha daha yaxın olur. Əlhəmdulillah. (8 iyun 2013-cü il)

***

Deyəsən axı atalar sözlərini dəyişməyi — əlavələr etməyi ümumiyyətlə sevirəm axı. Məsələn, «Eşşəyə minmək bir ayıb, düşmək iki ayıb» deyiblər. Eşşəkdən o vaxt düşərlər ki, ata minərlər — deyirəm (əlavə edirəm) və… mənim əlavələrimlə atalar sözü dönüb olur atalar-analar sözü. :)

***

Facebook səhifəsi açılanda orada bir yazı görünür: «Nə haqda düşünürsünüz?». Hərdən beynimdə bu cavab səslənir: «Sənə nə?»

  ***

Ünsiyyətdə olmağa məcbur olduğum bəzi insanları xatırlayib, «Gör nə günlərə qaldın, Balaş» ariyasını oxumağım gəlir… 12 may 2017-ci il

  ***

Qızıl torpağa düşsə də qızıldır, toz göyə qalxsa da tozdur. Məhz tozların bu ifadəni həvəslə işlətdiklərini görüb onu işlətməkdən çəkinirəm.

***

Deyirlər, hazırda dissertasiya yazarkən ən ciddi problem, yeri gəldiyində mütərizə işarəsi qoymamaqdır. İndi gürdüyünüz kimi))

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *