İndi də «Kişilər bayramı»

23 fevral məhz belə adlanırdı. Məktəblilər arasında isə bəzən “Oğlanlar bayramı”. Sevgililər günü ilə bağlı yazıda qeyd etmişəm – bayram təsis etməyi sevirik axı. Qadınlar tərəfindən süni (qondarma) təsis edilmiş bu bayramı bir vaxtlar başqa cür qiymətləndirirdim.

Düşünürdüm ki,  yazıq qadınlar o qədər əzizlənmək, nəvaziş defisiti yaşayırlar ki, onlara həsr edilmiş bir bayramı da qəbul edə bulmirlər sanki, tələm-tələsik qarşılığını verməyə çalışırlar, özlərindən bayram uydururlar. Amma bu düşüncəmdə həqiqət olduğunu bu gün də etiraz etmirəm.

Əslində, bu, sovetlər dönəmində Sovet Ordusu və Hərbi Dəniz Donanması Günü olaraq qeyd edilən bayram idi. İndi də Rusiyada Vətən Keşikçisi Günü adı ilə qeyd edilir. Həmçinin, bir sıra MDB ölkələrində də bayram kimi qalmaqdadır, bəzilərində rəsmi, bəzilərində qeyri-rəsmi – adət üzrə.

Dünən facebook-da bu gün münasibətilə kişilərə ünvanlanmış təbriki görəndə təəcübləndim. Doğrusu, elə bilirdim, hansısa başqa günlə əvəz edilib bizdə 23 fevral.

Amma internetdə həmin günü dəqiqləşdirmək üçün axtarış etdim və məlum oldu ki, 26 iyun Silahlı Qüvvələr Günü 23 fevralın alternativinə çevrilə bilməyib, qismətinə sadəcə hərbçilərin bayramı kimi qeyd olunmaq (yəni öz mahiyyətində qalmaq) düşüb, şişib-şişib geniş miqyaslı Kişilər bayramına çevrilə bilməyib.

Niyəsini də izah edir güclü cinsin nümayəndəsi: əvvəl Kişi olur, sonra onun Günü. Qarabğın günü ilə bağlayır bu gün söhbətini. Etiraf edim ki, cəsarətli etirafdır. (Nəsə, söz oyunu alındı dalbadal, üzrlü bilin).

(İstər-istəməz Çörçillin şəxsiyyətə pərəstişlə bağlı Stalin haqqında dedikləri yadıma düşdü: “Pərəstiş var idi, amma şəxsiyyət də var idi”. Nə isə…)

Yazmağa başlayanda, bir növ, nostalji ruhda məqalə alınacağını düşünürdüm. Sovet dönəminin cocuğu olaraq, bu bayram günü ilə bağlı nəsə yazmaq istəyirdim.

“Əziz qardaşım filankəs. Səni Sovet Ordusu və Hərbi Dəniz Donanması Günü münasibətilə təbrik edirəm, sənə… (ardınca arzular)”. Bayramın adı ilə bağlı orfoqrafik səhvlərlə dolu olan belə məzmunlu açıqcalar çox yazılsa da, bayramın adının mənasını ağıllı-başlı anlayan heç də çox deyildi. Şəxsən mənim üçün dolaşıq sözlər yığını idi bu bayramın adı…

Necə deyərlər, əhdimə sadiq qalıb, bu haqda da yazdım. Bir abzas da olsa. İnternet axtarışı “qafiyələri hürkütdü” – fikrim başqa səmtə yönəldi.

Axtarış zamanı kişilər üçün bayram təsis etmək lazım olub-olmadığı müzakirə edilən bir foruma da təsadüf etdim. Maraqlı idi ordakı yazılar. İstədim, ordan bir cümləni yazım, məni güldürən. Orada yazılmışdı ki, dəlilərə kişilərə hər gün bayramdır də, xüsusi bayram nəyə lazım?

Sonra gördüm ki, heç o biri fikirlər də ondan az maraqlı (məzəli) deyil. Odur ki, ünvanı yazıram, buyurub baxın, kefiniz açılsın. Axı, bu gün bayramdır… http://big.az/forum/lofiversion/index.php/t3429.html

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *