8 mart günü kimi mədh edirik?

İnsanlar özlərinin yaratdıqları probleməri həll etməklə məşğuldur — deyənlər nə qədər haqlıdırlar! Belə yersiz problemlərdən — qayğılardan biri də «Qadınlar bayramı» adlanan 8 mart günüdür.

Uzun illər ərzində formalaşmış ənənəyə əsasən bu gün qadınlar kişilərdən xüsusi diqqət gözləyir, gül-çiçək, hədiyyə alacaqlarını bilirlər. Çünki 8 mart — beynəlxalq qadınlar günü qadınlara qayğı və diqqət bayramı kimi qəbul edilib.

Bu bayramı hər il qeyd edirik, amma demək olar ki, heç vaxt onun mahiyyətinə varmırıq. Doğrudan da, bu nə bayramdır belə? Biz nəyi bayram edirik?

Beynəlxalq qadınlar günü ilk əvvəl qadın hüquqlarının pozulmasına qarşı etiraz günü olmuşdur. Hər şey 1857-ci ildə Nyu-Yorkda toxucuların nümayişi ilə başlamışdır.

Nümayişçilər maaşların artırılmasını, əmək şəraitinin yaxşılaşdırılmasını, və onlara kişilərlə bərabər hüquqlar verilməsini tələb edirdilər. O vaxt bu hadisəni Qadınlar günü adlandırmışdılar.

50 ildən çox keçdikdən sonra yenə də Nyu-Yorkda minlərlə qadın küçələrə axışdı. Bu, 1908-ci ilin yazında olmuşdu. 1809-cu ildə də Qadınlar günü qadınların etiraz tətili ilə qeyd edildi.

1910-cu ildə isə sosialist və feminist qadınlar Qadınlar gününü artıq bütün ölkə ərazisində qeyd edirdilər. Bir qədər sonra isə öz nümayəndələrini Kopenhagenə, sosialist qadınların İkinci Beynəlxalq Konfransına göndərdilər. Konfransda onlar Klara Setkinlə görüşdülər.

Klara Setkin — Almaniya sosial-demokrat partiyasının qadınlar qrupunun lideri idi. Bir çoxları Qadınlar bayramını onun adı ilə bağlayır. Belə ki, həmin gün məhz onun təklifi ilə hər il qadınlar gününü qeyd etmək haqqında qətnamə qəbul edilmişdi.

Bəli, 8 mart nazənin, xanım-xatın xanımların yox, ingilabçı qadının mədhi günüdür. Bu, kişilərlə eyni hüquqlara malık olmağa can atan qadınların bayramı, emansipasiya günüdür.

Buna baxmayaraq, yəni bir çoxları bu günü kişilərlə mübarizə günü hesab etsə və bir çox ölkələrdə həmin gün feministlərin kütləvi aksiyaları keçirilsə də, 8 mart təsis edildiyi zaman güddüyü tarixi məqsədi itirmişdir.

Bəli, bu bayram, sadəcə, bir ənənəyə çevrilmişdir. Yəni yenə palaza bürünüb qatarın altına elnən sürünürük. 8 mart haqqında bu qədər. Qadın mövzusunu isə davam etdirəcəyik, inşəAllah.

Y.G. (Yeri gəlmişkən) Kifayət qədər populyar olan bir fikrə görə Klara Setkinin məqsədi (oxu: təyinatı) həm də sosialist qadınlar hərəkatının tarixini öz xalqının — yəhudilərin tarixi ilə bağlamaq olub. Belə ki, yəhudilərin hər il qeyd etdikləri və ən şən bayramları olan tarixi bayram — Purim bayramı 1909-cu ildə məhz 8 mart ərəfəsinə təsadüf etmişdi. Belə çıxır ki, yəhudilər öz bayramlarını dünya səviyyəsində qeyd edirlər — başqa ad altında olsa da.

Y.Y.G. (Yenə yeri gəlmişkən) Purim bayramı İran hökmdarı Kserksin arvadı Esfirə həsr olunub — onun hiylə işlədərək öz xalqını Kserksin qəddar hökmündən: ölkədəki bütün yəhudiləri məhv etmək əmrindən xilas etməsi münasibəti ilə keçirilir.

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *