Bahar bayramınız mubarək!

Novruz — uşaqlıqdan sevdiyim əziz bir bayramdır. Onu həmişə özünəməxsus, başqalarından fərqli hiss etmişəm. Səməni, tonqal qalamaq, şəkərbura, paxlava… Hələ qapıpusdunu demirəm…

Bax, bu mövzuda maraqlı uşaqlıq xatirələrim var.

Uşaqkən böyük vəzifə sahibi olmaq istəyirdim, lap böyük. Yəni birinci. Vəzifəpərəstlikdən yox, qurub-yaratmaq eşqindən. Axı, birincilərin çox şeyə səlahiyyətləri çatır…

Təxminən 12-13 yaşlarım olardı. Bayramda cələcəkdə böyük — birinci vəzifə sahibi olub-olmayacağımı niyyət edərək, qonşuya qapıpucduya getmişdim.

Qonşunun pəncərəsi altında pusquda durarkən, nərd səsləri eşitdim və nərd oynayan iki qardaşdan biri o birinə: «Ayağım ağrıdı, gəl, yerimizi dəyişək» söylədi.

Bunu mənə, bir növ, zarafatyana, vəzifəyə yüksələcəyim, amma bacımin, «yerini mənə ver» deməsi kimi yozdular. Mən də laqeydcəsinə yanaşdım buna. Axı, bu, əslində bir oyun idi.

İllər ötdü. Böyüyüb böyüklər sırasında olanda, dəqiq desəm, cəmi bir neçə il öncə bu hadisəni xatırlayanda sanki kəşf etdim ki… söhbət elə yer dəyişmədən gedirdi axı… Və müvafiq şəkildə yozula bilərdi…

Və nə qədər qəribə də olsa, artıq böyük, yəni böyüklər sırasında olmağıma baxmayaraq, inanmağım gəldi ki, əgər o vaxt bu cür, yəni nəzərimcə düzgün yozulsaydı, həmin arzum reallaşa da bilərdi.

Amma mən bu gün böyük — birinci vəzifə sahibi olmaq istəmirəm. Mən elə durduğum mövqedə bacardığım qədər gözəllik yaratmaq istəyirəm…

İn şə Allah.

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *