Tikdim ki izim qala…

Söhbət Gəncədə fəaliyyətə başlayan «Vahə» qadın və uşaq mərkəzinin yaradılmasından gedir. Əvvəlcə məqalənin adı «Skripkanın səsi və ya Tikdim ki izm qala» idi. «Skripkanın səsi» ifadəsi bir lətifə ilə bağlı yer almışdı ki, «Eskizlər»dəki bir qeydimdə qeyd etmişəm.

Qadınların mədəni istirahəti, onlara aid xidmət növlərinin bir arada cəm edilməsi ilə işlərinin, bir qədər də olsa, asanlaşdırılması niyyəti ilə yaradılan «Vahə» öz qapılarını Gəncəli xanımların üzünə açdı.

«Vahə» qadın və uşaq mərkəzində bir neçə xidmət növü fəaliyyət göstərir. “Vahə — Cafe”də isti və soyuq qəlyanaltılardan, çay və ya qəhvə ilə müxtəlif şirniyyat növləriindən nuş etməklə yanaşı, öncədən sifariş etməklə, istənilən şirniyyat növünün və yarımhazır yeməklərin sifarişi, istəyinizdən asılı olaraq, evlərə çatdırılması da  mümkündür.

“Vahə”nin həyəti də xanımların xidmətində olacaq. Onlar öz uşaqları, yaxud rəfiqələri ilə fəvvarə kənarında xoş anlar keçirə biləcəklər. Xanımlar “Vahə”də həm də öz rəfiqələri ilə görüşlər keçirə bilər, keçiriləcək müxtəlif psixoloji diskussiyalarda və şou proqramlarda iştirak edə bilərlər.

Xınayaxdı, üç aşı və digər qadın mərasimlərinin təşkili də xanımlarımızın xidmətində olacaq. Xınayaxdı mərasimi üçün müvafiq aksesuarlarla zəngin, zövqlə bəzədilmiş xüsusi zal yolunuzu gözləyir.

«Vahə»də xanımlar dincəlməklə yanaşı, uşaqların da şən və maraqlı istirahətini, əylənməsini təmin edə biləcəklər. İstirahətinizi tam təmin etmək üçün onlarla tərbiyəçi və ya klounlar məşğul olacaqlar.

Ad günlərinin və digər uşaq şənliklərinin keçirilməsi üçün müvafiq dizaynlı xüsusi otaq ayrılmışdır. Belə günlərdə uşaqları cürbəcür oyunlar, maraqlı əyləncələr, şən yarışmalar gözləyir.

“Vahə — D Studio” paltarların tikişi, düzəliş işləri, həmçinin, biser, muncuq, qaş, lent, bant və digər tikiş aksesuarlarının satışı üçün yaradılıb.

“Vahə — B Studio” da isə hər növ salon xidməti, bəzi ətriyyat və kosmetika növlərinin satışı həyata keçirilir.

Orijinal toy, nişan, elçilik, və xınayaxdı aksesuarlarını, həmçinin, müxtəlif hədiyyəlik əşyaları, zövqlə bəzədilmiş şirniyyat dəstlərini əldə etmək üçünsə “Vahə”nin “Vahə — A Studio” bölümünə müraciət etmək lazımdır. Burada,  həmçinin, hədiyyələrin nəfis şəkildə qablaşdırılması, bağlanması həyata keçirilir.

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Bütün Gəncəli xanımları «Vahə»yə dəvət edirik. Müasir tipli, orijinal məkan olan “ Vahə “ səviyyəli xidmət və sərfəli qiymətlərlə yolunuzu gözləyir.

Səhrada – vahə, Gəncədə — “Vahə”

Y.G. Bu yazı bloqda qalsa da, «Vahə» artıq fəaliyyət göstərmir. Onu yaratmaqda əsas məqsədim orada diskussiyalar təşkil etmək, müxtəlif mövzularda mühazirələr oxumaq, xanımların əl işlərinin sərgisini təşkil etmək kimi tədbirlər keçirmək idi. Yuxarıda qeyd edilən fəaliyyətlər isə, əsasən, başlanğıc üçün idi. Amma nə həmin fəaliyyəti, nə də nəzərdə tutduğum işləri qura bilməyıəcəyimi anlayıb, «Vahə»nin fəaliyyətini dayandırdım. Və bu gün «Vahə» haqqında bir sözü deyə bilərəm: Mən bunu bacardım. Əlhəmdulilah!

Y.Y.G. «Vahə»nin fəaliyyətinin dayandırılması ilə bağlı ESKİZLƏR-dəki qeydim: «İnsanlar Yer üzünü bərbad hala salıblar. Həyat əyri güzgüyə bənzəyir, beynində — qəlbində yaranan gözəl fikirlər ona «proyeksiya» olunanda eybəcər hala düşür.»

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *