Puşkinin ad günü

Bu gün Puşkinin ad günüdür. Elə mənim də…

Uşaqlıqda ad günlərimdə duyğulu bir hiss bürüyürdü məni, sakit, dinməz olardım. Təbiətən dəcəl, narahat olduğumdan, «Bir yaş böyüyür deyə ağıllanıb» —  böyüklər zarafatyana qeyd edirdilər.

Amma əslində heç indi də ağıllanmamışam, hələ də uşağam. «Mənim 5 yaşım var, 0-ı nəzərə almasaq» deyirdim keçən il. Bu gün bir yaş da əlavə olundu yaşım üstünə.

Hələ də uşağam, hələ də dünyanın varını-malını yox, saflığı, təbiiliyi seçirəm. Hələ də dünyanın çirkabında yox, öz aləmimdə — uşaq aləmimdə yaşamaqdayam. Zahirdə dəyişsəm, bəlkə də qocalsam da. Zahirdə həyatın (cəmiyyətin) girdabında olsam da.

… Bu gün yenə ad günümdür və bu gün yenə duyğulu, sakit, dinməzəm — eynən uşaqlıqda olduğu kimi. Odur ki, yazdıqlarımla kifayətlənmək istəyirəm. Az olsa, bağışlayın məni.

P.S. Təbrik üçün zəng edib, «Sizə nə arzu edim?» deyə sözə başlayan sevimli bir xanımı qabaqlayıb: «Allahın razılığını» — deyə cavab verirəm… Bu gün özümə diləmək istədiyim ən böyük arzu budur.

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *