Ramazan ayınız mübarək! (Oruc haqqında bəzi fikirlər)

İnsan Allahın əxlaq və sifətindən daha çox cəhəti özündə təcəssüm etdirməyə, onun münəzzəh olduğu nöqsan sifətləri isə özündən uzaqlaşdırmağa çalışmalıdır. Məsələn, oruc tutmaqla insan yemək-içməkdən münəzzəh olan Allahın əxlaq və sifətindən bir zərrəsini özündə təcəssüm etdirmiş olur.

Orucun əsas mahiyyəti sadəcə yeməkdən çəkinmək deyil, öz nəfsinə qalib gəlmək, mənəvi naminə maddidən (maddi təlabatlardan) imtina etmək bacarığıdır. Lakin, «İlahi hədislər»də deyildiyi kimi: «Yeyibiçməmək əsl oruc deyildir. Oruc ancaq pis niyyətlə danışılan sözlərdən, fəna və nəfsani arzulardan vaz keçməkdir».

Zənnimcə, oruc, dinin tələblərinin – sağlam həyat tərzinin şərtlərinin müəyyən müddət ərzində məcburi yerinə yetirilməsidir. Yəni, qeyd edilənlər təkcə oruc zamanı yasaq edilmir, sadəcə, bu zaman bir az da diqqətə çəkilir, yada salınır və beləliklə, yaddaşda möhkəmlənir. Orucun tələb və şərtlərinə, əslində, həmişə əməl edilməlidir, oruc isə ona olan inam sayəsində bu əməlləri insana təlqin edir.

Bunlardan bir neçəsini xatırlamaq yerinə düşərdi: qarınqululuq etməmək, pis niyyət sahibi olmamaq və bu niyyətlə söz danışmamaq, öz nəfsinə hakim kəsilmək  – möhkəm iradə sahibi olmaq, hamının özü ilə bərabər olduğunu dərk etmək, başqalarının eybini, sirrini açmamaq – Allah-təala hər birimizin yalnız Ona və özümüzə bəlli olan eyib və sirrlərimizi açıb, bizi rüsvay etmədiyi kimi, başqalarının səhvini bağışlamaq – Allah-təala günahları bağışladığı kimi, yaratmaq eşqilə yaşamaq, gözəllik yaratmağa çalışmaq –Allah-təala hər şeyi gözəl yaratdığı kimi.

(Bu, «Təbabət və Həqiqət» kitabından götürülmüş bir parçadır.)

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *