Ərəb əlifbası ilə ümumi tanışlıq

Ərəb dili sami dillər qrupuna aiddir. Dünyada yayılmasına görə beşinci yerdədir. Ərəb dili 20-dən çox ərəb ölkəsinin rəsmi dövlət dilidir.

Müqəddəs kitabımız olan Qurani-Kərim də Peğəmbərimizə (s) onun ana dilində — ərəb dilində nazıl olub. Quranın heç bir tərcüməsi ondakı gözəlliyi əks etdirə bilməz və onu əvəz edə bilməz. Bircə buna görə ərəb dilini öyrənməyə dəyər.

Ərəb dilini öyrənməyə ərəb əlifbası ilə tanışlıqdan başlayaq.

Ərəb əlifbasında 28 hərf var. Bunların hamısı samit hərflərdir.

Sait hərflər yoxdur və sözlərin düzgün oxunuşu üçün xüsusi işarələrdən istifadə olunur.

Ərəb yazısı sağdan sola yazılır və oxunur.

Ərəb hərfləri böyük və kiçik hərflərə bölünmür.

Hərflər çapda da əlyazmada olduğu kimi bitişik (hörmə şəklində) yazılır.

Hərflərin sırası cədvəldə gördüyünüz kimidir. Hərflərin bu tərtibdə düzülmüş sırası hürufi-təhəcci və ya hürufi-heca, yəni «heca hərfləri» adlanır.

 

alfabet

 

Aşağıdakı cədvəldə isə hərflərin adı və Azərbaycan dilində tam və ya qismən uyğun gələn hərflər də qeyd edilib (tıklayıb baxın). (Azərbaycan dilində işlənməyən, yalnız qismən uyğun gələn hərflər səslənmə növünə (qalın və incəliyinə) uyğun olaraq, nöqtə, iki nöqtə və ya tire ilə işarələnmişdir).

 

Ərəb dilində oxumaq və yazmaq üçün təkcə hərfləri öyrənmək kifayət deyil. Hərflərin birləşmə qaydasını, sözdəki yerinə görə yazılışını, müxtəlif diakritik işarələrin işlənmə qaydalarını və düzgün tələffüz qaydalarını da bilmək lazımdır.

Sözlərin tərkibində hərflər cədvəldəki şəkildə yazılmır, sözün əvvəlində, ortasında və axırında gəlməsindən asılı olaraq, müxtəlif şəkildə yazılır. Sözün əvvəlində və ortasında hərflər, bir qayda olaraq, kəsik şəkildə yazılır.

Hərflərin çoxunun dörd şəkli var sərbəst, sözün əvvəlində, ortasında və axırında yazılan şəkli.

Yalnız 6 hərfin iki şəkli var: sərbəst və bitişik. Çünki bu hərflər özündən sonra gələn hərflə birləşmir.Yəni başqa hərflərlə yalnız sağdan birləşir.

Həmin 6 hərf bunlardır:

01e

Bu 6 hərf kəlmənin ortasına düşəndə kəlməni bütöv yazmaq olmur, kəlmə qırılır, yenidən davam edir.

Odur ki, bu hərflərin sözün əvvəlində yazılışı, sərbəst şəkli ilə, sözün ortasında yazılışı isə sözün sonundakı  yazılışı ilə eynidir.

Yerdə qalan hərflər sözün əvvəlində və ortasında kəsik şəkildə yazılır, sözün sonunda isə bütöv (sərbəst) şəklinə uyğun yazılır.

 

***

Hər bir hərfin dəqiq yazılışı və digər xüsusiyyətləri ilə həmin hərfləri öyrənərkən tanış olacaqsınız.

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *