Ərəb əlifbası — 1-7 dərs

Ərəb əlifbası ilə ümumi tanışlıqdan sonra əvvəlcə hər bir hərfin yazılışı və tələffüz qaydaları ilə ayrılıqda tanış olaq (əlifba hərflərinin düzgün oxunuşunu dərslərin sonunda verilmiş videoçarxa baxmaqla dinləyə bilərsiniz).

1-ci dərs

1. Əlif. Ərəb əlifbasının birinci hərfi «əlif» adlanır. Əlif öz-özlüyündə heç bir səs bildirmir, onu ayrıca demək mümkün deyil, yalnız işarə qoyduqda qoyulan işarəyə uyğun səsi bildirir. Bu zaman o, “ə”, “i”, “u” saitlərinə çevrilir ki, bu halda ona əlif yox, həmzə deyilir. Əlif isə köməkçi vəzifə daşıyır — həmzə üçün dayaq rolunu oynayır (əlifin bir sıra başqa köməkçi vəzifələri də vardır).

*Həmzə əlifbaya daxil olmayan hərfdir. Əsas əlifbaya daxil olmayan bir neçə belə hərf vardır ki, onlarla ayrıca tanış olacağıq.

e1 - копия

Əlif sətirüstü hərfdir, yuxarıdan aşağıya doğru, sətrə çatmadan yazılır. Əlifin hündürlüyü digər hərflərinkindən iki dəfə böyük olur.

e1 - копия - копия

Əlif özündən sonra gələn hərflə bitişməyən 6 hərfdən biridir. Odur ki, onun yalnız iki cür yazılış şəkli var: ayrılıqda və bitişik. Əlifi özündən əvəlki hərflə birləşdirən xətt iti bucaq şəklində deyil, dairəvi yazılır.

e1 - копия - копия

***

Sonrakı 3 hərf eyni cür yazılır, bir-birindən yalnız nöqtələrin sayına və yerinə görə fərqlənir.

***

2. . İkinci hərf «bə»dır. (Diqqət et: «Əlif-ba»). «b» səsini verir. Azərbaycan dilindəki b hərfinə uyğundur, dodaqların quru və yaş sərhədlərini bir-birinə möhkəm toxundurmaqla  tələffüz edilir, daha incə səslənir. Sətirüstü hərfdir. Sərbəst şəkli aşağıdakı kimidir:

2

Ərəb hərfləri soldan sağa yazılmaqla yanaşı, hərfin əsas hissəsi yazılıb, sonra nöqtələr qoyulur.

Sözlərin yazılışı da bu cürdür. Hərflərin əsas hissəsi yazılır, sonda nöqtələr və digər işarıələr qoyulur.

Aşağıdakı şəkildə «bə» hərfinin yazılış qaydası işarələrlə göstərilib:

2 - 3 - к

Ba sözün əvvəlində və ortasında kəsik şəkildə yazılır:

            2 - 3                   2-5

                             sözün ortasında                                                       sözün əvvəlində

Kəlmənin sonunda isə bütöv şəklə uyğun yazılır:

2 - 3 - копия

sözün sonunda

«Bə» hərfinin sözün əvvəlində, ortasında və axırında, həmçinin sərbəst şəkildə yazılış qaydasina bir daha nəzər salaq:

2 - 2 - копия

3. . «t» səsini verir. Azərbaycan dilindəki t hərfinə uyğundur, dilin ucunu yuxarı kəsici dişlərn dibinə tuxundurmaqla tələffüz edilir, daha incə səslənir. Sətirüstü hərfdir.  Sərbəst şəkli aşağıdakı kimidir:

3

Həm sərbəst, həm də sözün tərkibində (əvvəlində, ortasında və axırında) yazılış qaydası isə belədir:

 3-14. . Azərbaycan dilindəki s hərfinə bir qədər uyğundur, dilin ucu üst ön dişlərin kənarına toxunaraq, hava axını üst dişlərin kənarı ilə dilin ucu arasından xaric olmaqla, yumşaq «s» kimi  tələffüz edilir (ingilis dilindəki thing sözündə olan th hərf birləşməsi kimi). Transkripsiyada hərfin altından xətt şəkməklə işarə edilir. Sətirüstü hərfdir.  Sərbəst şəkli aşağıdakı kimidir:

4sdfghjkl

Həm sərbəst, həm də sözün tərkibində (əvvəlində, ortasında və axırında) yazılış qaydası isə belədir:

4-1lkjh

***

* Öyrənilən hərfləri və onların yazılış qaydalarını yaxşı mənimsəmək üçün hər bir hərfin sərbəst, sözün əvvəlində, ortasında və axırındakı şəkillərindən bir sətir yazın.

* Aşağıdakı hərf birləşmələrini əvvəlcə oyrənib sonra baxmadan hərəsindən bir sətir yazın (soldan sağa istiqamətdə).

yazı 1

yazı 1-1

2-ci dərs

Bu dərsdə öyrənəcəyimiz növbəti üç hərf də qrafikası eyni olub, yalnız nöqtəsi ilə fərqlənən hərflərdir.

5. Cim. «c» səsini verir. Azərbaycan dilindəki c hərfinə uyğundur, dilin ortasını üst damağa toxundurmaqla tələffüz edilir. Bir hissəsi sətirüstü, bir hissəsi sətiraltı yazılır. Sərbəst şəkli aşağıdakı kimidir:

5

Sözün əvvəlində, ortasında və axırında, həmçinin, sərbəst şəkildə yazılış qaydası isə belədir:

5-1Qeyd: cim hərfini sözün ortasında və axırında başqa yazılış qaydası da mövcuddur:

6. . Azərbaycan dilindəki h hərfinə oxşayır, lakin ciyərlərdən gələn hava axını ilə bogazdan gəlir: boğazın orta hissəsini gərginləşdirməklə qalın «h» kimi tələffüz olunur (qalınlıq transkripsiyada hərfin altında nöqtə qoymaqla işarə edilir). Bir hissəsi sətirüstü, bir hissəsi sətiraltı yazılır. Yazılışda cim hərfindən yalnız nöqtəsiz olması ilə fərqlənir:

6

Sözün əvvəlində, ortasında və axırında, həmçinin, sərbəst şəkildə yazılış qaydası da eynidir:

6-1Hə hərfi də sözün əvvəlində və axırında başqa cür yazıla bilir:

 

7. Xa. yəni «x» səsini verir. Azərbaycan dilindəki x hərfinə uyğundur, bogazın əvvəlindən, dilin arxa hissəsini üst damağın arxa hissəsinə doxundurmaqla gur hava axını ilə tələffüz edilir, daha qalındır. Bir hissəsi sətirüstü, bir hissəsi sətiraltı yazılır. Əvvəlki hərflərdən üzərində nöqtə olması ilə fərqlənir:

7

Sözün əvvəlində, ortasında və axırında, həmçinin, sərbəst şəkildə yazılış qaydası da cim və ha hərflərində olduğu kimidir:

7-1Cim və hə hərflərində olduğu kimi, xa hərfinin də sözün ortasında və axırında başqa yazılış şəkli də var:

***

* Hər bir hərfin sərbəst, sözün əvvəlində, ortasında və axırındakı şəkillərindən bir sətir yazın.

* Aşağıdakı hərf birləşmələrini əvvəlcə öyrənib sonra baxmadan hərəsindən bir sətir yazın:

yazı 2

yazı 2-1

3-cü dərs

Bu dərsdə öyrənəcəyimiz hərflər özündən sonrakı hərflə birləşməyən, iki cür yazılış şəkli olan hərflərdir.

8. Dəl. «d» səsini verir. Azərbaycan dilindəki d hərfinə uyğundur, dilin ucunu üst kəsici dişlərin dibinə toxundurmaqla tələffüz edilir, daha incə səslənir. Sətirüstü hərfdir. Sərbəst şəkli aşağıdakı kimidir:

8

Dəl özündən sonra gələn hərflə bitişməyən 6 hərfdən biridir. Odur ki, onun yalnız iki cür yazılış şəkli var: ayrılıqda və bitişik. Sərbəst və bitişik şəkillərdə yazılış qaydası  belədir:

8-1

9. Zəl. Azərbaycan dilindəki z hərfinə bir qədər uyğundur, dilin ucu ön dişlərin arasından azacıq çıxmaqla («sə» hərfində olduğu kimi) təlffüz edilir, yumşaq «z» səsini verir (ingilis dilindəki they sözündə olan th hərf birləşməsi kimi). Transkripsiyada hərfin altından xətt çəkməklə işarə olunur. Sətirüstü hərfdir, yazılışda «dəl» hərfindən yalnız nöqtəsi ilə fərqlənir:

9

Zəl də özündən sonra gələn hərflə bitişməyən hərflərdəndir: yalnız iki cür yazılış şəkli var. Sərbəst və bitişik şəkillərdə yazılış qaydası isə belədir:

9=1

10. Ra. Azərbaycan dilindəki r hərfinə uyğundur, bir qədər titrəyişlə tələffüz etməklə «r» səsini verir, daha qalın səslənir. Sətiraltı hərfdir. Sərbəst şəkli aşağıdakı kimidir:

10

Ra özündən sonra gələn hərflə bitişməyən hərfdir. Odur ki, onun da yalnız iki yazılış şəkli var: ayrılıqda və bitişik. Hər iki şəkildə yazılış qaydası:

10-1

11.  («zeyn» də adlanır).  Azərbaycan dilindəki z hərfinə uyğundur, yəni «z» səsini verir. Dilin ucunu alt kəsici dişlərin dibinə toxundurmaqla tələffüz edilir, daha yumşaq səslənir. Sətiraltı hərfdir, yazılışda «ra» hərfindən yalnız nöqtəsi ilə fərqlənir:

11

Zə də özündən sonra gələn hərflə bitişməyən hərflərdəndir: yalnız iki cür yazılış şəkli var. Sərbəst və bitişik şəkillərdə yazılış qaydası:

11-1

***

Qeyd: Özündən sonra gələn hərflə birləşməyən, bu səbəbdən də yalnız iki cür yazılış şəkli olan hərflərdən yalnız biri qaldı. Bu, əlifbanın  27-ci hərfi olan «vav»dır.

***

* Hər 4 hərfin həm sərbəst, həm bitişik şəklindən bir sətir yazın.

* Aşağıdakı hərf birləşmələrinin yazılış qaydasını əvvəlcə öyrənib, sonra baxmadan iki sətir (ərəbcə) yazın:

yazı 3

yazı 3-1

4-cü dərs

Bu dərsdə öyrənəcəyimiz növbəti  hərflər də qrafikası eyni olub, yalnız nöqtəsi ilə fərqlənən hərflərdir.

12. Sin. Azərbaycan dilindəki s hərfinə uyğundur, yəni «s» səsini verir. Dilin ucunu alt kəsici dişlərin dibinə toxundurmaqla tələffüz edilir, daha incədir. Bir hissəsi sətirüstü, bir hissəsi sətiraltı yazılır. Sərbəst şəkli aşağıdakı kimidir:

12

Sözün əvvəlində, ortasında və axırında, həmçinin, sərbəst şəkildə yazılış qaydası isə belədir:

12-1

13. Şin. Azərbaycan dilindəki ş hərfinə uyğundur, yəni «ş» səsini verir. Dilin ortasını üst damağa toxundurmaqla tələffüz edilir daha yumşaq səslənir. Bir hissəsi sətirüstü, bir hissəsi sətiraltı yazılır. Yazılışda sin hərfindən yalnız üzərindəki üç nöqtə ilə fərqlənir:

13

Sözün əvvəlində, ortasında və axırında, həmçinin, sərbəst şəkildə yazılış qaydası da eynidir:

13-1

14. Sad. Azərbaycan dilindəki s hərfinə oxşayır, lakin dil yuxarı çəkilərək, dilin ucunu alt kəsici dişlırin orta hissəsinə toxundurmaqla edilir, qalın və kobud səslənir (transkripsiyada hərfin altında nöqtə qoymaqla işarə edilir).

Bir hissəsi sətirüstü, bir hissəsi sətiraltı yazılır. Sərbəst şəkli aşağıdakı kimidir:

14

Sözün əvvəlində, ortasında və axırında, həmçinin, sərbəst şəkildə yazılış qaydası isə belədir:

14-1

15. Zad və ya Dad. Azərbaycan dilindəki z hərfinə uyğundur, dilin yan tərəfi sağ (və ya sol) azı dişlərə sıxılaraq olduqca qalın — «d» səsinə yaxın tələffüz edilir, «z» səsindən daha çox «d» kimi səslənir (transkripsiyada hərfin altında iki nöqtə qoymaqla işarə edilir). Eynilə, sad hərfi kimi yazılır, yalnız üstündəki nöqtə ilə ondan fərqlənir. Sərbəst şəkli aşağıdakı kimidir:

15

Sözün əvvəlində, ortasında və axırında, həmçinin, sərbəst şəkildə yazılış qaydası sad hərfində olduğu kimidir:

15-1

16. Ta.  Azərbaycan dilindəki t hərfinə oxşardır, dilin ucu üst ön dişlərin ətinə söykənərək qalın «t» kimi tələffüz edilir, «d» çalarlı səslənir (transkripsiyada hərfin altında nöqtə qoymaqla işarə edilir). Sətirüstü hərfdir. Sərbəst şəkli aşağıdakı kimidir:

16

Sözün əvvəlində, ortasında və axırında, həmçinin, sərbəst şəkildə yazılış qaydası  belədir:

16-1

17. Za. Azərbaycan dilindəki z hərfinə uyğundur, lakin dilin ucu dişlərin arasından azacıq çıxmaqla, tələffüz zamanı dişlərdən aralanmadan dalğavari hərəkətlə geri çəkilməklə qalın «z» kimi tələffüz edilir (transkripsiyada hərfin altında nöqtə qoymaqla işarə edilir). Sətirüstü hərfdir. Sərbəst şəkli aşağıdakı kimidir:

17

Sözün əvvəlində, ortasında və axırında, həmçinin, sərbəst şəkildə yazılış qaydası ta hərfində olduğu kimidir:

17-1

***

*Hər bir hərfin sərbəst, sözün əvvəlində, ortasında və axırındakı şəkillərindən bir sətir yazın.

* Aşağıdakı hərf birləşmələrinin yazılış qaydasını əvvəlcə öyrənib, sonra baxmadan iki sətir (ərəbcə) yazın:

 5-ci dərs

Bu dərsdə öyrənəcəyimiz hərflərdən ikisi qrafikası eyni olub, yalnız nöqtəsi ilə fərqlənən hərflərdir, yerdə qalan üçü isə bir-birindən fərqlənir.

18. Ayn. Öz-özlüyündə heç bir səsi bildirmir, əlif kimi yalnız işarə qoyduqda qoyulan işarəyə uyğun səsi bildirir. Gərgin boğaz samitidir, bogazın orta hissəsində deyilir.

Bir hissəsi sətirüstü, bir hissəsi sətiraltı yazılır. Sərbəst şəkli aşağıdakı kimidir:

18

Sözün əvvəlində, ortasında və axırında, həmçinin, sərbəst şəkildə yazılış qaydası isə belədir:

18-1

19. Ğayn. Azərbaycan dilindəki ğ hərfinə uyğundur, yəni «ğ» səsini verir. Boğazın əvvəlində, daha qalın tələffüz edilir. Bir hissəsi sətirüstü, bir hissəsi sətiraltı yazılır. Yazılışda eyn hərfindən yalnız üzərindəki nöqtə ilə fərqlənir:

19

Sözün əvvəlində, ortasında və axırında, həmçinin, sərbəst şəkildə yazılış qaydası da eynidir:

19-1

20. . Azərbaycan dilindəki f hərfinə uyğundur, yəni «f» səsini verir. Üst ön dişlərin ucunu alt dodağın yaş hissəsinə toxundurmaqla tələffüz edilir, daha incə səslənir. Sərbəst şəkli aşağıdakı kimidir:

20

Sözün əvvəlində, ortasında və axırında, həmçinin, sərbəst şəkildə yazılış qaydası isə belədir:

20-1

21. Qaf. Azərbaycan dilindəki q hərfinə oxşardır, yəni «q» səsini verir. Dilin dibini üsf damağa, daha dəqiq desək dilçəyin dibinə toxundurmaqla boğazda  tələffüz edilir, daha qalın (k çalarlı) səslənir. Sərbəst şəkli aşağıdakı kimidir:

21

Sözün əvvəlində, ortasında və axırında, həmçinin, sərbəst şəkildə yazılış qaydası belədir:

21-1

22. Kəf. Azərbaycan dilindəki k hərfinə oxşardır, yəni «k» səsini verir. Dilin dibini üst damağa, daha dəqiq desək, sanki dilçəyin ucuna toxundurmaqla («kombayn» sözündəki k səsinə oxşar, incə saitlərlə bir qədər yumşaq) tələffüz edilir. Sərbəst şəkli aşağıdakı kimidir:

Sözün əvvəlində, ortasında və axırında, həmçinin, sərbəst şəkildə yazılış qaydası  belədir:22-1

***

 *Hər bir hərfin sərbəst, sözün əvvəlində, ortasında və axırındakı şəkillərindən bir sətir yazın.

* Aşağıdakı hərf birləşmələrinin yazılış qaydasını əvvəlcə öyrənib, sonra baxmadan iki sətir (ərəbcə) yazın:

6-cı dərs

Bu dərsdə öyrənəcəyimiz hərflər Azərbaycan dilindəki l, m, n hərflərinə uyğun lam, mim, nun hərfləridir. öyrənəcəyik.

23. Ləm. Azərbaycan dilindəki L hərfinə uyğundur, yəni «l» səsini verir («Lalə» sözündəki birinci deyil, ikinci «l» kimi) Dilin ucunu üst damağın ön hissəsinə toxundurmaqla tələffüz edilr. «Allah» kəlməsi müstəsna olmaqla, həmişə yumşaq səslənir. Sərbəst şəkli aşağıdakı kimidir:

23

Sözün əvvəlində, ortasında və axırında, həmçinin, sərbəst şəkildə yazılış qaydası isə belədir:

23-1

24. Mim. Azərbaycan dilindəki m hərfinə uyğundur, yəni «m» səsini verir. Dodaqların quru hissəsi bir-birinə toxunmaqla burunla tələffüz edilir, daha incə səslənir. Sərbəst şəkli aşağıdakı kimidir:

24

Sözün əvvəlində, ortasında və axırında, həmçinin, sərbəst şəkildə yazılış qaydası isə belədir:

24-1

25. Nun. Azərbaycan dilindəki n hərfinə uyğundur, yəni «n» səsini verir. Dilin ucunu üst damağın ön hissəsinə toxundurmaqla tələffüz edilir, olduqca incə səslənir. Sərbəst şəkli aşağıdakı kimidir:

25

Sözün əvvəlində, ortasında və axırında, həmçinin, sərbəst şəkildə yazılış qaydası isə belədir:

25-1

Nun hərfinin kəlmənin müxtəlif yerlərində yazılış qaydasına fikir versək, ba hərfinə (demək, həm də qrafikası onunla eyni olub, yalnız nöqtələri ilə fərqlənən  ta, sa hərflərinə) bir qədər oxşardır, sözün əvvəlində və ortasında isə eynidir, yalnız nöqtənin yerinə görə fərqlənir.

Göründüyü kimi, nun hərfinin sözün əvvəlində və ortasında yazılış qaydası bə, tə, sə hərflərinə oxşardır. Yada salaq və müqayisə edək:

2 - 2 - копия

3-1

4-1lkjh

***

 *Hər bir hərfin sərbəst, sözün əvvəlində, ortasında və axırındakı şəkillərindən bir sətir yazın.

* Aşağıdakı hərf birləşmələrinin yazılış qaydasını əvvəlcə öyrənib, sonra baxmadan iki sətir (ərəbcə) yazın:

 7-ci dərs

Bu dərsdə əlifbanın son üç hərfini öyrənəcəyik.

26. . Azərbaycan dilindəki h hərfinə uyğundur, yəni «h» səsini verir. Boğazın əvvəlində tələffüz edilir, yumşaq səslənir. Sərbəst şəkli aşağıdakı kimidir:

27

Sözün əvvəlində, ortasında və axırında, həmçinin, sərbəst şəkildə yazılış qaydası isə belədir:

27-1

27. Vav. Azərbaycan dilindəki v hərfinə uyğundur, yəni «v» səsinə oxşar səs verir. Dodaqları boru şəklində uzadaraq, diş və dodaqların iştirakı olmadan dodaqların arasından tələffüz edilir (sanki «u» demək istərkən «u» deyil, «a» deyilir — ingilis dilindəki w hərfi kimi).

Vav özündən sonra gələn hərflə birləşməyən və iki cür yazılış şəkli olan 6 hərfdən sonuncusudur. Sərbəst şəkli aşağıdakı kimidir:

26

Sərbəst və bitişik şəkildə yazılış qaydası belədir:

26-1

Ərəb əlifbasındakı özündən sonra gələn hərflə birləşməyən və bu səbəbdən də yalmız iki cür yazılış şəkli (sərbəst və bitişik) olan 6 hərfi yada salaq:

01e

28. . Azərbaycan dilindəki y hərfinə oxşardır, yəni «y» səsini verir. Dilin orta hissəsi üst damağa toxunmaqla tələffüz edilir. Sərbəst şəkli aşağıdakı kimidir:

28

Ya hərfinin də sözün əvvəlində, ortasında və axırında, həmçinin, sərbəst şəkildə yazılış qaydası ba, ta, sa, və nun hərflərinə bir qədər oxşardır:

28-1

***

Yada salaq və müqayisə edək:

2 - 2 - копия

3-1

4-1lkjh

25-1

***

*Hər bir hərfin sərbəst, sözün əvvəlində, ortasında və axırındakı şəkillərindən bir sətir yazın.

* Aşağıdakı hərf birləşmələrinin yazılış qaydasını əvvəlcə öyrənib, sonra baxmadan iki sətir (ərəbcə) yazın:

***

Ərəb əlifbasındakı 28 hərfin hər birinin sərbəst və sözün müxtəlif yerlərindəki yazılış qaydaları ilə tanış olduq. Əlifba hərflərinin tələffüz qaydalarını bir daha yada salaq, daha sonra videoçarxa baxmaqla onları düzgün tələffüz etməyə, həmçinin, əlifbanı burada səsləndiyi qaydada əzbərləməyə çalışaq.

  1. Əlif. Əlif öz-özlüyündə heç bir səs bildirmir, yalnız işarə qoyduqda qoyulan işarəyə uyğun səsi bildirir. Əlifin bir sıra başqa köməkçi vəzifələri də vardır.
  2. Bə. Dodaqların quru və yaş sərhədlərini bir-birinə möhkəm toxundurmaqla  tələffüz edilir, daha incə səslənir.
  3. Tə. Dilin ucunu yuxarı kəsici dişlərn dibinə tuxundurmaqla tələffüz edilir, daha incə səslənir.
  4. Sə. Dilin ucu üst ön dişlərin kənarına toxunaraq, hava axını üst dişlərin kənarı ilə dilin ucu arasından xaric olmaqla, yumşaq «s» kimi tələffüz olunur.
  5. Cim. Dilin ortasını üst damağa toxundurmaqla tələffüz edilir.
  6. Hə. Azərbaycan dilindəki h hərfinə oxşayır, lakin ciyərlərdən gələn hava axını ilə boğazın orta hissəsini gərginləşdirməklə qalın «h» kimi tələffüz edilir.
  7. Xa. Bogazın əvvəlindən, dilin arxa hissəsini üst damağın arxa hissəsinə doxundurmaqla gur hava axını ilə tələffüz edilir, daha qalındır.
  8. Dəl. Dilin ucunu üst kəsici dişlərin dibinə toxundurmaqla tələffüz edilir, daha incə səslənir.
  9. Zəl. Dilin ucu ön dişlərin arasından azacıq çıxmaqla («sə» hərfində olduğu kimi) təlffüz edilir, yumşaq «z» səsini verir.
  10. Ra. Bir qədər titrəyişlə tələffüz etməklə «r» səsini verir, daha qalın səslənir.
  11. Zə («zeyn» də adlanır).  Azərbaycan dilindəki z hərfinə uyğundur, yəni «z» səsini verir. Dilin ucunu alt kəsici dişlərin dibinə toxundurmaqla tələffüz edilir, yumşaq səslənir.
  12. Sin. Dilin ucunu alt kəsici dişlərin dibinə toxundurmaqla tələffüz edilir, daha incədir.
  13. Şin. Dilin ortasını üst damağa toxundurmaqla tələffüz edilir daha yumşaq səslənir.
  14. Sad. Dil yuxarı çəkilərək, dilin ucunu alt kəsici dişlırin orta hissəsinə toxundurmaqla edilir, qalın və kobud səslənir.
  15. Zad və ya Dad. Dilin yan tərəfi sağ (və ya sol) azı dişlərə sıxılaraq olduqca qalın — «d» səsinə yaxın tələffüz edilir, «z» səsindən daha çox «d» kimi səslənir.
  16. Ta.  Dilin ucu üst ön dişlərin ətinə söykənərək qalın «t» kimi tələffüz edilir, «d» çalarlı səslənir.
  17. Za. Dilin ucu dişlərin arasından arasından azacıq çıxmaqla, tələffüz zamanı dişlərdən aralanmadan dalğavari hərəkətlə geri çəkilməklə qalın «z» kimi tələffüz edilir.
  18. Ayn. Öz-özlüyündə heç bir səsi bildirmir, əlif kimi yalnız işarə qoyduqda qoyulan işarəyə uyğun səsi bildirir. Gərgin boğaz samitidir, bogazın orta hissəsində deyilir.
  19. Ğayn. Boğazın əvvəlində, daha qalın tələffüz edilir.
  20. Fə. Üst ön dişlərin ucunu alt dodağın yaş hissəsinə toxundurmaqla tələffüz edilir.
  21. Qaf. Dilin dibini üsf damağa, daha dəqiq desək, dilçəyin dibinə toxundurmaqla boğazda  tələffüz edilir, daha qalın (k çalarlı) səslənir.
  22. Kəf. Dilin dibini üst damağa, daha dəqiq desək, dilçəyin ucuna toxundurmaqla dır, yəni «k» səsini verir. Dilin dibini üst damağa, daha dəqiq desək, sanki dilçəyin ucuna toxundurmaqla («kombayn» sözündəki k səsinə oxşar, incə saitlərlə bir qədər yumşaq) tələffüz edilir.
  23. Ləm. «Lalə» sözündəki birinci deyil, ikinci «l» kimi səslənən «l» səsini verir. Dilin ucunu üst damağın ön hissəsinə toxundurmaqla tələffüz edilr. «Allah» kəlməsi müstəsna olmaqla, həmişə yumşaq səslənir.
  24. Mim. Dodaqların quru hissəsi bir-birinə toxunmaqla burunla tələffüz edilir.
  25. Nun. Dilin ucunu üst damağın ön hissəsinə toxundurmaqla tələffüz edilir.
  26. Hə. Boğazın əvvəlində tələffüz edilir, yumşaq səslənir.
  27. Vav. Dodaqları boru şəklində uzadaraq, diş və dodaqların iştirakı olmadan dodaqların arasından tələffüz edilir (sanki «u» demək istərkən «u» deyil, «a» deyilir — ingilis dilindəki w hərfi kimi).
  28. Yə. Dilin orta hissəsi üst damağa toxunmaqla tələffüz edilir.

Qeyd: Videoda hərflərin işarələnməsi (transkrisiyası) mətndə qeyd edildiyindən fərqlidir.

***

Onu da qeyd edim ki, ərəb dilində düzgün tələffüz olduqca böyük əhəmmiyyət kəsb edir. Səsləri qalın, ya incə tələffüz etməkdə, bir samitin yerinə onun qarşılığını (kar — ciniltili) işlətməkdə, sait səsləri (işarələrə uyğun olaraq) qısa demək, yaxud uzatmaqda, uzadarkən nə dərəcədə uzatmaqda və s. olduqca diqqətli olmaq lazımdır.

Qeyd edilən cəhətlərə düzgün riayət etmədikdə sözün mənası köklü şəkildə dəyişə bilər, bir sözün əvəzinə fərqli bir söz işlətmiş olarıq. Məsələn, qaf hərfi ilə yazılanürək [kalb] sözündəki «k» («kosmos» sözündəki «k» səsi ilə tələffüz edilir) incə deyilsə, [kəlb] («kitab»  sözündəki «k» səsi ilə) kəf hərfi ilə yazılan it sözü anlaşılar.

Başqa bir misal. Şəkildəki iki sözə diqqət etsək, onlardakı hərflərin, hətta işarələrin eyni olduğunu görərik, Yalnız ikinci sözdə bir işarə artıqdır ki, o da hərfin şiddətli (qoşa samit kimi) deyilməsini göstərir. Oradakı sözlərdən biri qərb küləyi [daburun], o biri isə arı [dabburun] sözləridir və əgər diqqətsizlik edib [b] səsi dəqiq tələffüz edilməzsə, bir sözün əvəzinə o biri başa düşüləcəkdir.

***

Öyrəndiklərimizi yekunlaşdıraraq bir daha qeyd edək ki, əlifbadakı hərflərin hamısı samit hərflərdir və qalınlığına görə bir-birindən fərqlənir. Hərflərin incə, yaxud qalın olması onlardan sonra gələn saitlərin səslənməsini müəyyən edir. Belə ki, qalın samitlərdən sonra ə saiti  «a» kimi kimi, i saiti isə «ı» kimi oxunur.

Qalın samitlər bunlardır:

Yerdə qalan bütün hərflər həmişə incə səslənir. Yalnız iki müstəsna hal vardır: ra hərfi işlənmə yerindən asılı olaraq həm qalın, həm incə səslənə bilər, ləm hərfi isə, artıq qeyd etdiyimiz kimi, yalnız «Allah» sözündə qalın tələffüz edilir.

Həmd olsun Allaha!

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *