Mənim dinim İSLAMDIR (uşaqlar üçün)

Bismillahir rəhmanir rəhim.

Gənc dost! Dinimiz islamla tanışlığın üçün tərtib edilmiş bu kitab dinin əsl mahiyyətini anlamaqda, bizi və Kainatda olan hər şeyi yaradan Allahın qanunları yazılmış muqəddəs Qurandan xəbərdar olmaqda və İslamın əsas müddəaları ilə tanış olmaqda sənin koməkçin ola bilər. Burada sən İslamın tarixi ilə, islam Peyğəmbərinin (sələllahu əleyhi və alihi və səlləm) həyatı və şəxsiyyəti ilə, islam əxlaqına dair bəzi məsələlərlə də tanış ola bilərsən. Güman edirəm ki, bu kitab həyatı dərk etməkdə, iman gətirib Allaha etiqad bəsləməkdə sənin üçün bir vasitə olacaq.

Hazırda elm aləmində Allah-təalanın varlığını fiziki qanunlar əsasında riyazi tənliklərlə isbat edirlər. Artıq insanlar anlayırlar ki, Allah-təalaya etiqad etmək mövhumat deyil,бир elmi məsələdir. Odur ki, elmini artırmağa səy etməlisən ki, dinin əsl mahiyyətini anlaya biləsən, Allahın qanunlarını dərk edə biləsən. Bunun üçün bu kitab sənin ilk yardımзın ola bilər. Bu yolda sənə uğurlar arzulayıram.

Əziz valideynlər! Bəzilərinin “özünəməxsus” həyat tərzi, yaxud bir qrup insana aid olan məşğuliyyət kimi başa düşdüyü din, əslində, Allahın insanlar üçün göstərdiyi yoldur və hamı bu yol ilə getməyə borcludur. İnsanı Allah yaratdığı üçün hansı yolun doğru olduğunu, hansı qaydada yaşamaq lazım olduğunu da O bilir. Bu gün həyatda təsadüf edilən fəsadlar bu yoldan uzaq düşməyimizin nəticəsidir.

Əgər biz elmli, imanlı uşaqlar tərbiyə etsək, cəmiyyətdə olan bu fəsadların da kökü kəsilər, yaxud, heç olmasa, azalar. Bu isə həm onların özünün, həm də bütövlükdə cəmiyyətin xoşbəxt yaşaması demək olar. Peyğəmbərimiz Həzrəti Mühəmməd sələllahu əleyhi və alihi və səlləm: “Uşağa öyrədilən bilik daşa həkk olunan yazıdır”- deyə buyurmuşdur. Uşaqlarımızın daha erkən yaşlardan faydalı biliklər əldə etməsinin, xüsusilə, dinlə bağlı məsələlərdən xəbərdar olmasının qayğısına qalmalıyıq.

Hansı birimizdən soruşsan, müsəlman olduğumuzu deyərik. Amma müsəlman kimimi yaşayırıq? Əslində, biz, sadəcə, həyatın axarına düşüb yaşayırıq, dayanıb nəfəs dərməyə, nə üçün yaşadığımızı, həyatın nə olduğunu, hara getdiyimizi düşünməyə vaxtımız belə yoxdur. Uzun illər dinsizlik mühitində yaşadığımız üçün, Allahın bizə göstərdiyi yoldan, bizim üçün yazdığı qanunlardan xəbərsiz olduğumuz üçün bu hal, bir növ, təbiidir.

Gəlin, öz övladlarımızı öyrədə-öyrədə özümüz də öyrənək və bizi yaratmış olan Allahın bizim üçün qoyduğu qanunlardan xəbərdar olaq. Öyrənmək heç vaxt gec deyil. Peyğəmbərimiz, sələllahu əleyhi və alihi və səlləm, həmçinin: “Elmi beşikdən qəbr evinədək öyrənin”- deyə buyurmuşdur. Biz Allahın qoyduğu qanunlardan xəbərdar olmağa və onlara əməl etməyə — bizim üçün göstərdiyi yolla getməyə borcluyuq. Axı, hər şey axırda, onsuz da, Allaha qayıdır — dönüş ancaq Allahadır.

Bu Quran ayələrinə diqqət edək:

Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! (Zariyat surəsi, 56-cı ayə)

Yoxsa sizi əbəs yerə yaratdığımızı və qiyamət günü dirilib haqq-hesab üçün hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz? (Muminin surəsi, 115-ci ayə)

Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır. (Mülk surəsi, 2-ci ayə)

Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir. (Hədid sürəsi, 20-ci ayə)

Əssalamu əleykum və rəhmətullahi və bərəkətuh

 

Elektron versiyanı yükləmək (proqram şəklində)

Elektron versiyanı yükləmək (PDF şəklində)

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *