Yenə müəllifdən və ya Deməyə sözüm var: qonaqlara

Bismillahir rəhmanir rəhim.

Əziz qonaq! Sayt bir müddət fasilədən sonra yenidən tərəfimdən diqqət mərkəzindədir. Bu qayıdışımla əlaqədar olaraq, sayta baş çəkən, yaxud, təsadüfən gəlib çıxan hər bir kəsə ürək sözlərimi demək istəyirəm.

Deməyə sözüm var… Amma söz demək üçün onu eşidən olmalıdır. Təkcə eşidən yox. Eşidib anlayan. Anlayıb qavrayan. Duyan, düşünən, həmfikir olan. Saytı və Qadın Mərkəzini yaratdıqdan sonra bir boşluq hiss etdim bu sarıdan.

…Diogeni xatırlayıram belə hallarda. Günün günorta çağı əlinə çıraq alıb düşüb şəhərin canına ki, «Adam axtarıram».

Deməyə sözüm var… İstəyirəm düşünə bilən (düşünmək bacarığını itirməmiş) insanlar bir araya gəlsin və  düşünmək bacarığını itirənlərə və itirmək üzrə olanlara başa salsınlar ki… Think — yaxşı metaldır.

Deməyə sözüm var… İstəyirəm şablon həyatın şablon tərzindən bezən insanlar bir araya gəlib, həyatın girdabında az qala şüursuz yaşamaqdan necə xilas olmağıı müzakirə edək.

İstəyirəm selin yuyub apardığı çöpə bənzəməyək. Bunun üçün nə lazım olduğunu araşdıraq. Bacaranlar özü buna nail olsun, bacarmayanlara kömək edək.

Odur ki, saytı ziyarət edən hər bir kəsdən şərh yazmağı, öz fikrini bildirməyi xahiş edirəm. Bir sözlə, gəlin, birləşək. Bəlkə, yeknəsək həyatın yeknəsək qoynunda bir vahə yarada bildik. Səhradakı vahə kimi…

Əssalamu əleykum və rəhmətullahi və bərəkətuh.

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *