Rus dilini öyrənək

Rus dili dünyanın ən zəngin və mürəkkəb dillərindən olmaqla yanaşı, həm də dünyada ən çox yayılmış dillərdəndir. Belə bir fikir var ki, əgər rus dilini bilirsənsə, özünü poliqlot hesab edə bilərsən.

Rus dilini danişiq və ya mütaliə üçün, yaxud, əsaslı şəkildə öyrənə bilərsiniz. Hər bir halda bu dili öyrənmək üçün əvvəlcə danışıq və ya mütailə ilə bu dilə müəyyən qədər yiyələnmək daha məqsədəuyğundur.

Çünki, bu dili bilmədən qramatik qaydaları, həmçinin, bu qaydalara tabe olmayan müstəsna halları öyrənmək, yəni bu işi dil öyrənməklə paralel həyata keçirmək çətin, bəlkə də, mümükünsüzdür. Rus dilini öyrənməyə qramatikadan başlamaq  ucsuz-bucaqsız cəngəllikdə azmağa bənzəyər.

Bu, həmçinin, ona bənzəyər ki, velosiped sürməyi öyrənmək üçün onun hissələrini, işləmə prisipini öyrənməyə cəhd edəsən. Hamı bilir ki, velosiped sürməyi öyrənmək üçün gərək velosipedə minib sürməyə cəhd edəsən. Yetər ki onun sükandan, təkərlərdən, oturacaqdan və pedallardan ibarət olduğunu biləsən.

Və cəhd etdiyinin birində BİRDƏN özün də bilmədən alınır. Ondan sonra artıq çətin olmur və bacarırsan. Rus dilinin öyrənilməsi də belədir.  Bu dildə danışıb, dinləyib, oxuyaraq gərək, necə deyərlər, «nəbzini tutasan», başqa sözlə bu dili duyasan.

Necə ki velosipedi artıq sürdükdən sonra xarab olarsa, onunla daha yaxından «tanış olmaq» lazım gəlir, rus dilində də müəyyən qədər anlamağa, danışmağa nail olduqdan sonra «axasdığın» yerləri düzəltmək üçün artıq qramatika ilə maraqlanmaq lazım gəlir. Daha doğrusu, yalnız bundan sonra qramatikanı daha dəqiqliklə öyrənmək mümkündür.

Biz öz ana dilimizdə danışarkən sözləri qramatik qaydalara uyğunlaşdırıb danışmadığımız kimi, rus dilini də çoxlu mütaliə etmək, filmlərə baxmaq və s. yollarla avtomatik danışmağa nail olmaqla öyrənmək lazımdır.

Qırxayaqdan soruşurlar ki, bu qədər ayaqla necə yeriyə bilir? O, bunu necə etdiyini bilmədiyini deyir. Sonra yeriyərkən ayaqlarına diqqət edir və… ayaqları dolaşır.

Dərslərimizdə video çarxlar, kiçik şer parçaları və mətnlər üstünlük təşkil edəcək. İlk dərslərdəki bəzi qramatik qaydalarla tanışlıq isə yalnız bu işi asanlaşdırmaq məqsədi  güdür.

Əgər siz rus dilini yalnız danışıq üçün öyrənmək istəyirsinizsə, bəzi qramatik mövzulardan yan keçə bilərsiniz, ola bilsin ki yalnız videoları izləmək də kifayət edər.

Xarici dil öyrənmək üçün qaydalarla (buradakı və digər) ….burada… tanış ola bilərsiniz.

***

1-ci dərs

ƏLİFBA

Rus dilini əsaslı şəkildə, yaxud bu dildə mütaliə bacarığı əldə etmək üçün öyrənməyə rus əlifbası ilə tanışlıqdan başlayaq.

Latın qrafikası ilə yazılan Azərbaycan əlifbasından fərqli oılaraq, rus əlifbası, kiril hərflərindən ibarətdir. rus

Göründüyü kimi, Rus əlifbasında olan hərflərin çoxu, qrafikası (şəkli) fərqli olsa da, Azərbaycan əlifbasındakı hərflərdir. Cəmi bir neçə hərf Azərbaycan əlifbasında olmayan hərflərdir ki, şəkildə onlar * işarəsi ilə verilib.

Rus əlifbasında olmayan Azərbaycan hərflərini də xatırlayaq: ə, ö, ü, c, h, g, ğ.

Rus əlifbası ilə daha yaxından tanış olmaq, həmçinin, əlifbanı əzbərləmək üçün bu videoçarxa baxaq. Belə bir videoçarx ərsəyə gətirdikləri və bizim də ondan bəhrələndiyimiz üçün onun yaradıcılarına minnətdar olmağı unutmayaq.

Aşağıdkı cədvəldə rus əlifbası sıra sayı ilə verilib. Həmçinin, hərflərin adı və Azərbaycan dilində olan eyni və ya oxşar hərflər də verilib (tıklayıb baxın). Şəkildə isə hərflərin əlyazması verilib.

алфавит

scrn_big_1 (1)

Rus əlifbasında 33 hərf var: bunlardan 21-i samit, 10-u sait hərflərdir, yerdə qlan 2 hərf isə hər hansı bir səsi bildirməyib, yalnız özündən əvvəlki hərfin sərt və ya yumşaq səslənməsi üçün işarə rolunu oynayır.

Səslərin sayı isə 42-dir: bunlardan 6-sı sait, 36-sı isə samıtdır. Hərflərin və səslərin sayının fərqli olmasının səbəbi bir samitin həm kar, həm cingiltili səsi ifadə etməsidir.

light-in-the-dark - копия

Həmçinin, Е/ye/,  Ё/yo/, Ю/yu/, Я/ya/ hərflərinin iki səsdən ibarət olmasıdır.

e`

Heç bir səsi ifadə etməyən, yalnız özündən əvvəl gələn samitin sərt və ya yumşaq səslənməsini bildirən ъ (tvyordıy znak) və ь (myaqkiy znak) işarələri də Azərbaycan əlifbasında yoxdur.

moya-azbuka-manakova-m-bukva-28

ъ işarəsi, əsasən, ikisəsli е, ё, ю, я hərflərindən əvvəl işlənir, ayırıcı funksiya daşıyr, belə ki, bu hərflərlə əvvəlki hərfin arasında, bir növ, defis (-) rolunu oynayır. ь işarəsinin rolunu «Lalə» sözündəki L hərflərini müqayisə etməklə başa düşə bilərik: birinci L hərfi adi, ikinci — yumşaq səslənən isə sanki ь (myaqkiy znak) işarəslidir (ль).

Rus əlifbasında, Azərbaycan əlifbasında olmayan başqa hərflər də var: Ц və Щ. Bunlar da əvvəlki dəstə kimi cədvəldə altından xətt çəkməklə işarə edilmişdir.

Ц Щ

Ц /tse/ hərfi dilimizdəki S /se/ hərfinə bir qədər uyğundur, lakin, /s/ demək istərkən /ts/ kimi tələffüz edilir.

Щ /şa`/ hərfi də Ш /şa/ hərfinə oxşayır, amma daha yumşaq səslənir. Bu hərfləri dilimizdəki ”şabalıd” və “şimşək” sozlərində Ş hərflərinin fərqli səslənməsi ilə müqayisə edə bilərik.

“Şabalıd” sözündə səslənən /ş/ — rus əlifbasındakı Ш hərfinin ifadə etdiyi səsə, “şimşək” sözündəki /ş/ isə Щ hərfinin ifadə etdiyi səsə oxşayır.

Y.G. Poliqlot – yunanca “poli” – çox, “qolosso” – dil sözlərindən yaranıb, çox dil bilən adama deyirlər.

***

2-ci dərs

SAİTLƏR VƏ SAMİTLƏR

Rus əlifbasındakı hərfləri ev kimi təsvir etsək, evin damında saitləri, divarında isə samitləri yerləşdirsək, belə bir mənzərə alınar.

fh

Beləliklə, saitlər (гласные): а, о, у, ы, э, я, ё, ю, и, е;

samitlər (согласные): б, в, г, д, ж, з, й, к, л, м, н, п, р, с, т, ф, х, ч, ц, ш, щ.

Saitlər birlikdə işləndikləri (özündən əvvəl gələn) samiti sərtləşdirib və ya yumşaltmasına görə iki qrupa bölünür. Birinciyə: а, о, у, ы, э, ikinciyə isə: я, ё, ю, и, е aiddir.

Samitləri sərtləşdirib və ya yumşaltma vəzifəsi (müvafiq olaraq) daşıdığına görə ъь da «evin damında» göstərilib.

Samitlər, Azərbaycan dilində olduğu kimi, kar və cingiltili olmaqla iki qrupa bölünür. Əyanilik üçün cingiltili samitlərin yanında zəng şəkli çəkilmişdir.

Kar camit səslərlə tanış olun.

 

Bu videoda isə cingiltili samit səslər öyrədilir.

 

Kar-cingiltili qarşılığı olanlar cüt samitlər (парные согласные), olmayanlar isə tək samitlər (непарные согласные) adlanır.

Qarşılığı olan kar və cingiltili samitlər bunlardır:

AAA

 

Kar qarşılığı olmayan cingiltili samitlər:

G

Cingiltili qarşılığı olmayan kar samitlər:

j

 

***

3-cü dərs

SAYMAĞI ÖYRƏNƏK

50949013.142144079

***

4-cü dərs

CİNSLƏR

Rus dilində düzgün danışmaq üçün bilməliyik ki, Azərbaycan dilindən fərqli olaraq, sözlər cinsə görə dəyişir. Sadə misal. Azərbaycan dilində «Mən yedim» dedikdə bunun kişiyə, yaxud qadına aid olması bilinmir, Rus dilində isə «yedim» kəlməsi kişi və qadın üçün fərqli səslənir (şəkilçi dəyişir).

Bunu yaxşı başa düşmək üçün əvvəlcə müxtəlif cinslərə məxsus əşyaları öyrənək. Bunun üçünsə belə bir «nağıl» düzəldək.

Оля [olya] adlı bir qız, Коля [kolya] adlı bir oğlan var imiş. Yer üzündə nə varsa, hamısı onların imiş. Bir gün onlar dalaşdılar və nələri vardısa, böldülər: bəzi şeylər Olyaya, bəzi şeylər isə Kolyaya düşdü. Elə şeylər də oldu ki, heç biri götürmədi.

Olyaya məxsus olan şeylər qadın cinsinə, Kolyaya məxsus olan şeylər kişi cinsinə aid oldu. Heç birinin götürmədiyi əşyalar isə orta cinsə mənsub oldu.

дид

Sözlərin kişi, qadınorta cinsə aid olmasını öyrənmək üçün bu «nağılı» uydurduq. Əslində isə (əsasən):

sonu samitlə və —й hərfi ilə bitən sözlər kişi cinsinə;

sonu —а və —я ilə bitən sözlər qadın cinsinə;

sonu —e və —o ilə bitən sözlər isə orta cinsə aiddir.

ь [myaqkiy znak] işarəsi ilə bitən sözlərin bəzisi qadın, bəzisi isə kişi cinsinə aiddir. (Onları da yeri gəldikcə öyrənəcəyik.)

Deyilənləri daha yaxşı yadda saxlamaq üçün şəkli tıklayıb baxın.

kjbk

*Bəzi müstəsna sözlər də vardır. Məsələn, kişi cinsinə məxsus insanları bildirən пАпа (ata), дEдушка (baba) kimi sözlər sonu —а ilə bitməsinə baxmayaraq, qramatik olaraq kişi cinsinə aid edilir.

**Ümumi cins adı ilə ayrılan bəzi sözlər vardır ki, onlar hər iki cinsə aid edilir.

Оля — недотрога. Коля тоже недотрога. (Olya dəymədüşərdir. Kolya da dəymədüşərdir.)

недотрoга —  [nedatrOqa] — dəymədüşər

тоже — [tOje] — həmçinin, da, də (bağlayıcı)

Peşə bildirən sözlər də bu qəbildəndir. Məsələn, учИтель (müəllim), врач (həkim) kimi sözlər hər iki cinsə aid edilir.

İndi isə ilk sözləri — Olya və Kolya haqqındakı «nağılda» olan əşyaların adlarını öyrənək.

дидд

 

Vurğu işarəsinin (`) köməyi ilə sözləri düzgün tələffüz etməyə çalışın. Məsələn, шАпка, рУчка və s.

***

Rus dilində canlı isimlır  кто? (kim?), cansız isimlər что? (nə?) sualına cavab verir.

Оля (кто?)

Коля (кто?)

платье (что?)

машина (что?)

*Azərbaycan dilindən fərqli olaraq, rus diliтdə heyvanlar canlı isimlərə aid edilir və müvafiq olaraq, кто? (kim?) sualına cavab verir.

***

5-ci dərs

İSMİN TƏK VƏ CƏM HALI

Azərbaycan dilində olduğu kimi, rus dilində də isimlər tək və cəm halda olur və cəm hal, tək halda olan ismə şəkilçı əlavə etməklə düzəlir.

Rus dilində ismin cəm halı ilə bağlı olan ümumi qaydalar:

kişi və qadın cinsində bu, əsasən,  və -и, şəkilçiləri işlənir;

orta cinsdə isə söz «о» hərfi ilə bitərsə, , «е» hərfi ilə bitərsə,  əlavə edilir.

Sözün sonuncu samiti К Г Х Ч Ж Ш Щ olarsa, cəm halda HƏMİŞƏ  cəm şəkilçisi ƏLAVƏ OLUNUR (heç vaxt  əlavə olunmur). Başqa hallarda isə, əsasən,  şəkilçisi işlənir.

Й Ь Я hərflərii ilə bitən sözlərdə də  şəkilçisi işlənir, belə ki, həmin hərflər и ilə ƏVƏZ OLUNUR.

 Qeyd edilən qaydalara uyğun olaraq, aşağıdakı sözləri cəm halda yazmaqla biliyinizi yoxlamağa çalışın.

Düzgün cavablara baxaraq özünüzü yoxlayın.

этaж – [eta`j] – mərtəbə

музeй – [muze`y] – muzey

стол – stol, masa

дождь – yağış

парк – park

теaтр – [tea`tr] – teatr

лaмпа – [la`mpa] – lampa

пeсня – [pe`snya] – mahnı

дверь – qapı

yлица – [u`litsa] – küçə

бyква – [bu`kva] – hərf

кoшка – [ko`şka] – pişik

платье – [pla`tye] – don

кресло – [kr`eslo] – kreslo

озеро – [o`zero] – göl

здание – [zda`nie] – bina

пoле – [po`le] – sahə, tarla

İndi də ümumi qaydalara tabe olmayan müstəsna hallarla tanış olaq.

Bəzi sözlər cəm halda  şəkilçisi qəbul edir. Onlardan bəzisi ilə tanış olaq.

лес – meşə

остров – [o`strov] — ada

доктор – [do`ktor] – doktor

aдрес – [a`dres] – ünvan

веер – [ve`yer] – yelpik

глаз – göz

город – [qo`rod] – şəhər

Elə sözlər də vardır ki, cəm halında -ья sonluğu qəbul edir. Bu zaman bəzi sözlərin kökü də şəklini dəyişə bilər. Belə sözlərdən də bir neçəsi ilə tanış olaq.брат – qardaş

друг – dost

сын – oğul

перо – [pero`] – lələk

Bəzi sözlərin tək və cəm halı bir-birindən tamamılə fərqlənir, bir növ, Azərbaycan dilində insaan — camaat sözləri kimi (amma Azərbaycan dilindən fərqli olaraq, burada cəm halı ifadə edən söz tək halda yox, elə cəm halda işlənir).

ребенок – [rebyo`nok] – uşaq

дети – [de`ti] – uşaqlar

человек – [çelove`k] – insan

люди – [lyu`di] – insanlar

*Ümumi qaydaya tabe olmayan bəzi başqa sözləri, həmçinin, təkcə tək, yaxud təkcə cəm halda işlənən (müvafiq olaraq, cəm və yaxud tək halı olmayan) sözləri isə yeri gəldikcə, məsələn, mətnlərdə təsadüf etdikcə qeyd edəcəyik.

Rus dilinin qəribəliklərindən biri kimi лист sözünün cəm halına isə indi nəzər salaq. Omonim olaraq həm vərəq, həm də yarpaq mənasını verən лист sözü cəm halda hər məna üçün müxtəlifdir.

***

6-cı dərs

İŞARƏ ƏVƏZLİKLƏRİ

Rus dilində də, Azərbaycan dilində olduğu kimi, əsas işarə əvəzlikləri, müvafiq olaraq, yaxında və uzaqda olan əşyaları işarə etmək üçün işlədilən «bu» və «o»dur. Bu işarə əvəzlikləri Azərbaycan dilində olduğu kimi,  tək və cəm halda dəyişməklə yanaşı, həm də işarə etdikləri isimlərin cinsinə görə dəyişir: bu — этот, эта, это; o — тот, та, то.

Buradakı işarə əvəzliklərinin sonluqlarına əsasən onların hansı cinsə mənsub isimləri (əşyaları) işarə etdiyini tapmaq çətin deyil. Cəm halda da sonluq isimlərdə olduğuna uyğun dəyişir: bunlar — эти, onlar — те.

Bir neçə misala baxaq:

Qeyd: «Bu nədir?», yaxud «Bu kimdir?» suallarının cavabı kimi deyildiyi halda, işarə olunan isimlərin cinsindən, həmçinin, tək, yaxud cəm halda olmasından asılı olmayaraq, yalnız это işlənir.

Yeni sözləri öyrənək:

ключ -açar

улица — küçə

дело — iş (sənəd)

вещь — əşya, вещи — əşyalar

сад — bağ

школа — məktəb

здание — bina

игрушка — oyuncaq, игрушки — oyuncaqlar

овощ — tərəvəz

лампа — lampa

море — dəniz

палочки — çubuqlar

студент — tələbə

ученица — şagird (qız)

друзья — dostlar

***

7-ci dərs

ŞƏXS ƏVƏZLİKLƏRİ

Rus dilində də şəxs əvəzlikləri, Azərbaycan dilində olduğu kimi,  I, II və III şəxslərin tək və cəm hallarında müxtəlifdir. Həmçinin, Azərbaycan dilindən fərqli olaraq, III şəxsin tək halında kişi, qadın və orta cinsə məxsus şəxs əvəzlikləri fərqlidir.

Əvvəlcə Azərbaycan dilindəki şəxs əvəzliklərinə nəzər salaq və analoji şablon üzrə rus dilindəki şəxs əvəzliklərini öyrənək.

                                       :            tək hal               :               cəm hal

          ————————;——————————-:———————————————————

             I şəxs                :              Mən                :                     Biz

             II şəxs              :                Sən                :                     Siz

             III şəxs             ;                O                   :                    Onlar 

           =================================================================

                                                         Я                           :              Мы

                                                         Ты                          :              Вы

                                                         Он, она, оно          :             Они

Daha əyani olmaq üçün şəkillərdən istifadə edə bilərsiniz.

Qeyd: I və II şəxslərin tək və cəm halına və III şəxsin tək halında kişi cinsinə məxsus əvəzliklər birhecalı olduğundan, onların tələffüzü çətinlik törətmir. III şəxsin tək halında qadın və orta cinslərə (она, оно), həmçinin III şəxsin cəm halına (они) məxsus şəxs əvəzlikləri, üçhecalı olmaqla yanaşı, xüsusi qramatik qaydaya tabedir. Belə ki, rus dilində sözün əvvəlində gələn «o» hərfi vurğusuz olarsa, «a» kimi tələffüz edilir.

  она` — [ana`]

  оно` — [ano`]

 они` — [ani`]

Tək halda olan şəxs əvəzliklərinin işləndiyi belə bir cümlə ilə tanış olaq:

Я, ты, он, она — вместе дружная семья.

Tərcüməsi: Mən, sən, o (həm kişi, həm də qadın cinsində) — birlikdə mehriban ailəyik.

Yeni sözləri düzgün tələffüz etməyi öyrənək və əzbərləyək:

я — mən

ты — sən

он — o (kişi cinsində)

онА — o (qadın cinsində)

онО — o (orta cinsdə)

мы — biz

вы — siz

онИ — onlar

вмЕсте — birlikdə

дрУжный (kişi cinsində), дрУжная (qadın cinsində) — mehriban, dostcasına

семьЯ — ailə

***

8-ci dərs

Əvəzliklərin hallanması

 Azərbaycan dilindən fərqli olaraq, rus dilndə əvəzliklər halanarkən şəkilm qəbul etməklə dəyişmir, tamamilə yeni — fərqli sözə çevrilir. Odur ki, əvəzliklərin bəzi hal dəyişklikləri ilə mətn oxunuşundan əvvəl tanış omağı məsləhət bildim.

Əvəzliklərin hallanması ilə  Azərbaycan dilinin qramatikasına uyğunlaşdırılmış şəkildə — şablon üzrə tanış olacağıq.

I)

                                        :            tək hal               :               cəm hal

          ————————;——————————-:———————————————————

             I şəxs                :              Mənim                :                    Bizim

             II şəxs              :                Sənin                 :                   Sizin

             III şəxs             ;                Onun                 :                  Onların

           =================================================================

                                           Мой, моя, мое, мои          :        Наш, наша, наше, наши

                                           Твой, твоя, твое, твои      :        Ваш, ваша, ваше, ваши

                                           Его (kişi və orta cinsdə)    :        Их

                                           Её (qadın cinsində)

Göründüyü kimi, I və II şəxsin həm tək, həm də cəm halında şəxs əvəzlikləri özündən sonra gələn ismin cinsinə uyğun olaraq dəyişir:

Мой мяч —  моя книга — моё письмо

Твой мяч — твоя книга — твоё письмо

Наш мяч — наша книга — наше письмо

Ваш мяч — ваша книга — ваше письмо

III şəxsin tək və cəm halında əvəzlik özündən sonra gələn ismin cinsinə uyğun olaraq dəyişmir; cəm halda yalnız bir çəkildə olur, tək halda isə əvəz etdiyi şəxsin cinsinə müvafiq (kişi cinsində və orta cinsdə его, qadın cinsində её)  olur.

Его мяч — его книга — его письмо

Её мяч — её книга — её письмо

Их мяч — их книга — их письмо

Əvəzlikdən sonra gələn isim cəm halda olduqda əvəzlik də cəm şəkilçisi qəbul edir.

Мои  вещи — твои вещи — наши вещи — ваши вещи

Qetd: Orta cinsdə şəxs əvəzliyinin (оно) hallanması həmişə kişi cinsində olduğu kimidir.

***

II)

:                                                   tək hal               :               cəm hal

          ————————;——————————-:———————————————————

             I şəxs                :              Mənə              :                    Bizə

             II şəxs              :                Sənə              :                   Sizə

             III şəxs             ;                Ona                :                   Onlara

           =================================================================

                                                       Мне                :        Нам

                                                      Тебе                :        Вам

                                                      Ему (k.c.)         :        Им

                                                     Ей (q.c.)

Qeyd: ему (kişi cinsində ona — kimə? ) — [yemu], ей (qadın cinsində ona — kimə?) — [yey] kimi tələffüz edilir. (Bundan sonra düzgün tələffüz qaydalarını qeyd edilməyəcək. Növbəti dərslərdə video materiallarda dinləməklə öyrənməyinz daha məqsədəuyğundur.)

III)

:                                                   tək hal               :               cəm hal

          ————————;——————————-:———————————————————

             I şəxs                :              Məni              :                    Bizi

             II şəxs              :                Səni             :                    Sizi

             III şəxs             ;                Onu                :                 Onları

           =================================================================

                                                       Меня                :        Нас

                                                      Тебя                   :        Вас

                                                      Его (k.c.)            :        Их

                                                     Её (q.c.)

 

***

9-cu dərs

Zərf

Azərbaycan dində olduğu kmi, rus dilində də zərf — iş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, əlamətini və s. bildirən əsas nitq hissəsidir və

как?  — necə? nə cür?

когда? — nə vaxt?

где? — harada?

куда? — hara?

почему? — nə üçün? niyə?

və s. suallara cavab verir. Onlardan bəziləri iə tanış olaq.

Где? — Harada?

тут, здесь — burada

там — orada

слева — solda, soldan

внизу — aşağıda

наверху — yuxarıda

справа — sağda, sağdan

дома — evdə

Как? — Necə?

хорошо — yaxşı

плохо — pis

интересно — maraqlı

скучно — maraqsız, darıxdırıcı

жарко — isti

холодно — soyuq

быстро — tez

медленно — yavaş

дорого — bahalı

дёшево — ucuz Kəlmədə ё hərfi olduqda vurğu həmişə onun üzərinə düşür və bir qayda olaraq, vurğu işarəsi qoyulmur.)

Когда? — Nə vaxt?

утром — səhər

днём — gündüz

вечером — axşam

ночью — gecə

зимой — qışda

весной — yazda

летом — yayda

осенью — payızda

вчера — dünən

сегодня — bu gün

завтра — sabah

сейчас — indi, hazırda, bu saat

Qeyd edim ki, bu saat mənasında işlənən сейчас sözü сей (bu) və час (saat) sözlərinin birləşməsindən yaranıb (сей — işarə əvəzliyidir və bu deməkdır).

***

9-cu dərs

Sözönü

Sözönü — leksik mənası olmayan, yalnız sözlər arasında əlaqə yaratmaq üçün işlədilən köməkçi nitq hissəsidir. Rus dilində предлог adlanan  bu köməkçi nitq hissəsi Azərbaycan dili qramatikasında olmasa da (bəzi hallarda (tam olmasa da) qoşma və bağlayıcılara uygun gəlir), rus dili qramatikasında geniş yer tutur.

Sözönü, əsasən, məkanı, zamanı, münasibəti, səbəbi, nəticəni, məqsədi və s. bildirən (где? (harada?), куда? (haraya?), откуда? (haradan?), когда? (nə zaman?), почему? (nə üçün? nədən? nə səbəbə?) kimi suallara cavab verən) sözlərlə işlənir.

Bəzi misallara baxaq.

***

Мяч (лежит) ОКОЛО стола.

Top stolun yanındaır.

***

Телевизор (стоит) НАПРОТИВ кресла.

Televizor kreslonun qarşısındadır.

***

Стулья (стоят) ВОКРУГ стола.

Stullar stolun ətrafındadır (ətrafında dürmuşlar).

***

Цветок (стоит) ПОСЕРЕДИНЕ стола.

Gül stolun stolun ortasındadır.

в

***

Стул (стоит) СПРАВА ОТ стола.

Stul stolun sağındadır (sağ tərəfindədir).

***

Стул (стоит) СЛЕВА ОТ стола.

Stul stolun solundadır (sol tərəfindədir).

***

Лампа (висит) НАД столом.

Lampa stolun üstündən asılıb.

***

Мяч (лежит) ПОД столом.

Top stolun altındadır.

***

Стул (стоит) ЗА столом.

Stul stolun arxasındadır.

***

Мяч (лежит) МЕЖДУ креслом и столом.

Top stol ilə stulun arasındadır.

***

Мяч (лежит) РЯДОМ СО столом.

Top stolun yanındadır (böyründədir).

*около [o`kolo] və рядом [rya`dom], близко [bli`zko], у [u], недалеко [nedaleko`] «предлог»ları eyni – «yanında», «yaxınlığında», «böyründə» mənasını verən sinonim sözlərdir.

напротив — [napro`tiv] — qarşısında, əks tərəfində

вокруг — [vakru`q] — ətrafında, dövrəsində

посередине — [paseredi`ne] — ortasında

справа — [spra`va] — sağında

слева — [sle`va] — solunda

между — [me`jdu] — arasında

висит — [visi`t] — asılmışdır

лежит – [leji`t] – uzanır (uzanımışdır)

стоит – [stai`t] – durur, dayanır (dayanmışdır)

сидит – [sidi`t] – oturur (oturmuşdur)

Göründüyü kimi, где? sualına cavab verdikdə, məkanı bildirməklə yanaşı, adətən, əşyanın halı (hansı vəziyyətdə olması) da qeyd edilir (qısa cavablar müstəsnadır). “Durur”, “uzanır”, “oturur” mənasını verən bu sözlər Azərbaycan dilində sualın cavabı olan əsas sözə (məkanı (yaxud,vəziyyəti  bildirən sözə) -dır, -dir, -dur, -dür şəkilçiləri əlavə etməklə tərcümə edilir. Belə ifadələr bəzən əşyanın real halını təsvir etmir, sadəcə, qramatik ifadə olaraq işlənir. Bu, rus dilinin xüsusiyyətləri ilə bağlıdır.

***

Bu mövzudan bəhs edən AMANSIZ RUS DİLİ adı altında zarafatyana yazılmış bir mətni oxuyaq.

Qarşımızda stol var. Stolun üstündə stəkan və şəngəl var. Onlar nə edir? Stəkan durur, çəngəl isə uzanır. Əgər biz çəngəli stolun üstünə batırsaq, çəngəl duracaq. Yəni şaquli əşyalar durur, üfiqilər uzanır? Stolun üstünə boşqab və tava əlavə edirik. Onlar üfiqi kimidir, amma stulun üstündə dururlar. İndi boşqabı tavanın içinə qoyaq. Orada o uzanır, amma axı stolun üstündə dururdu. Bəlkə, istifadəyə hazır əşyalar durur? Yox, çəngəl ki uzananda hazır idi?

İndi stolun üstünə pişik dırmaşır. O dura, oturauzana bilər. Durma və oturma baxımından o  birtəhər “şaquli-üfiqi” məntiqinə girirsə, onda oturma – yeni xüsusiyyətdir. O, oturur. İndi stola quş qondu. O, stolda oturur, amma ayaqları üstə oturur. Hərçənd sanki oturmalı idi. Amma o, qətiyyən dura bilməz. Amma əgər biz yazıq quşu öldürsək və müqəvva etsək, o, solun üstündə duracaq. Elə çıxır ki, oturma – dirinin xüsusiyyətidir, çəkmə də ayaqda oturur, hərçənd, o diri deyil və yanı yoxdur. Di gəl başa düş nənə durub, nə uzanıb, nə oturub.

***

Haraya?                                           Harada?                                           Haradan?

İvan ofisə gedir.                                 İvan ofisdədir.                          İvan ofisdən gedir.

İvan işə gedir.                                    İvan işdədir.                             İvan işdən gedir.

İvan dostunun yanına gedir.              İvan dostunun yanındadır.       İvan dostunun yanından gedir.

***

10-cu dərs

Sözün tərkibi

Əvvəlcə Azərbaycan dili qramatikasında sözün tərkibini yada salaq. Bildiyimiz kimi, sözlər kök və şəkilçilərdən ibarətdir. Şəkilçilər, öz növbəsində, sözdəyişdirici (qramatik) və sözdüzəldiçi (leksik) olmaqla iki qrupa bölünür.

Məsələn, «məktəb» sözü təkcə kökdən ibarətdir, məktəbdən sözü artıq kök (məktəb) və şəkilçidən (-dən) ibarətdir. -dən şəkilçisi qoşulduqda «məktəb» sözünün leksik mənası dəyişmədi, yəni yeni — başqa mənalı söz yaranmadı. Bu cür şəkilçilər (sözün təkcə formasını dəyişdirdiyinə görə) sözdəyişdirici və ya qramatik şəkilçilər adlanır. Başqa misallar: məktəblər, evlər, evdən, küçədən və s.

«Məktəbli» sözü də kök (məktəb) və şəkilçidən (-li) ibarətdir. Amma burada -li şəkilçisi qoşulmaqla sözün leksik mənası dəyişdi, yeni, fərqli mənada söz yarandı. Sözün kökü məktəb (təhsil ocağı) idisə, -li şəkilçisi qoşulmaqla «məktəbli» — «şagird» sözü yarandı. Odur ki bu cür şəkilçilərə (sözün həm formasını həm də leksik mənasını dəyişdiyinə görə) sözdüzəldiçi və ya leksik  şəkilçilər deyilir. Başqa misallar: çəkməçi, üzümlük, evdar, yaşıllıq və s.

Bundan başqa, sözün sonunda yox, əvvəlində gələn sözönü şəkilçi  adlanan şəkilçilər də vardır. Məsələn, bivəfa, namərd, bixəbər, bitərəf və s.

***

Rus dilində də sözlər kök və şəkilçidən (sözönü şəkilçi, sözdüzəldici və sözdəyişdirici şəkilçilər) ibarətdir:

КОРЕНЬ — [ko`ren] — kök

ПРИСТАВКА — [prista`vka] — sözönü şəkilçi

СУФФИКС — [suffi`ks] — leksik şəkilçi

ОКОНЧАНИЕ — [akançani`ye] — qramatik şəkilçi

Azərbaycan dilində yalnız xarici mənşəli bir neçə sözönü şəkilçi (fars mənşəli: na-, ba-, bi-, lə-, avropa mənşəli a-, anti-) varsa və bunlar, bir qayda olaraq, əks mənanı bildirən sözlər yaratmağa xidmət edirsə, rus dilində sözönü şəkilçilər (приставка) geniş yer tutur. Rus dilinin mürəkkəbliyi, əsasən, sözönü şəkilçilərin (daha çox onların hesabına yaranan eyniköklü çoxsaylı fellərin) sayəsindədir.

Sözönü şəkilçilər (приставка) həm sözdüzəldiçi şəkilçilər (суффикс) kimi yeni mənalı sözlər yaradır, həm də sözlərin qramatık kateqoriyalara görə dəyişməsini təmin edir.

Sözdəyişdirici (qramatik) şəkilçilər (окончание) sözlərin cinsə, hala (tək, cəm) görə dəyişməsi və hallanması zamanı meydana çıxan şəkilçilərdir.

Sözün dəyişməyən tərkibi (kök, sözönü şəkilçi və leksik şəkilçi) «основа» (bünövrə, əsas) adlanır. Sözün qramatik təhlili zamanı tərkib hissələrinin hər biri özünəməxsus işarələrlə qeyd edilir.

основа — [asno`va] — bünövrə, əsas

Bütün tərkib hissələrinə (корень, приставка, суффикс, окончание) malik olan bir neçə sözün təhlilinə baxaq, həmçinin, onların necə işarələnməsi ilə tanış olaq.

подснежник – [padsne`jnik] – qargülü, novruzgülü

погремушка – [paqremu`şka] – çax-çax, zınqrov (uşaq oyuncağı)

уходили – [uxadi`li] – getdilər (çıxıb getdilər)

İndi də müxtəlif tərkib hissələrinə (корень, приставка, суффикс, окончание) aid misallarla tanış olaq.

кроить – [kroi`t] – biçmək, kəsmək (paltarı)

выкройка – [vı`kroyka] – ülgü, biçim

скроить – [skroi`t] – biçmək, kəsmək (paltarı)

 

варить – [vari`t] – bişirmək, qaynatmaq / həzm etmək

повар – [po`var] – aşpaz

варёный – [varyo`nıy] – suda bişmiş

сварка – [sva`rka] – qaynaq

приварить – [privari`t] – qaynaq etmək

 

чесать – [çesa`t] – daramaq / qaşımaq

расчёска – [rasçyo`ska] – darama /daraq

вычесать – [vı`çesat] – daramaq, darayıb ayırmaq

*Rus dilində olan bəzi eyniköklü sözönü şəkilçili şəkilçisiz sözlər Azərbaycan dilinə eyni cür tərcümə olunur (кроитьскроить sözləri kimi). Belə sözlər eyni mənanı versə də, rus dili qramatikasının qaydalarına uygun olaraq (müxtəlif kateqoriyalara aid olduqlarına görə) bir-birindən fərqlənir.

 

сварить – [svari`t] – bişirmək / qaynaq etmək

переварить – [perevari`t] – təzədən bişirmək, təzədən qaynatmaq

həddindən artıq bişirmək (ötürmək)

həzm etmək, həll etmək

доварить – [dovari`t] – yaxşıca bişirmək, lazımınca bişirmək,

bişirib qurtarmaq

вычесать – [vı`çesat] – daramaq, darayıb ayırmaq, darayıb təmizləmək

начёс – [naçyo`s] – darama, daranma / birçək / dırnaq yarası (qaşınmadan)

приваренный – [priva`rennıy] – qaynaq edilmiş

сделанный – [sde`lannıy] – edilmiş, görülmüş / qayrılmış, hazırlanmış

переделанный – [perede`lannıy] – düzəldilmiş, təzədən qayrılmış / dəyişdirilmiş

пилочка – [pi`loçka] –  (пила – [pila`] – mişar sözünün kiç.)

ниточка – [ni`toçka] – (ниточка – [ni`tka] – sap sözünün kiç.)

Bu misaldakı sözdəyişdirici (qramatik) şəkilçilər (oкончание) ismin (повар sözünün) müxtəlif hallarına aid olan şəkilçilərdir.

***

Sözönü şəkilçilər (приставкa) də sözdüzəldiçi şəkilçilər (суффикс) kimi yeni mənalı sözlər yaradır, bəzi hallarda isə sözlərin qramatık kateqoriyalara görə dəyişməsini təmin edir.

*Azərbaycan dilində yalnız xarici mənşəli bir neçə sözönü şəkilçi (fars mənşəli: na-, ba-, bi-, lə-, avropa mənşəli a-, anti-) varsa və bunlar, bir qayda olaraq, əks mənanı bildirən sözlər yaratmağa xidmət edirsə, rus dilində sözönü şəkilçilər (приставки) geniş yer tutur. Rus dilinin mürəkkəbliyi, əsasən, onların və onların hesabına yaranan eyniköklü (çoxsaylı) fellərin sayəsindədir.

*Sözönü şəkilçilər (приставки) ilk baxışda sözönünə (предлог) oxşayır. Onları qarışdırmamaq üçün bilmək lazımdır ki, sözönü şəkilçilər (приставки) sözün tərkib hissəsidir və sözlərə bitişik yazılır, sözönü (предлог) isə ayrıca sözdür (nitq hissəsidir) və ayrı yazılır.

Eyni sözönü (предлог) və sözönü şəkilçilərlə (приставки) tanış olaq və misallara baxaq.Aşağıdakı misallarda sözönü (предлог) ilə sözönü şəkilçiləri (приставкa) ayırd etməyə çalışın.
колобок — [kalabo`k] — qoğal

скатился – [skati`tsya] – diyirləndi, diyirlənib düşdü, yuvarlandı

окошкo – [ako`şka] (həmçinin, окно – [akno`]) – pəncərə

с окошка – pəncərədən

покатился – [pokati`lsya] – diyirləndi, yumbalandı

дорожка – [daro`jka] – (дорога – [daro`qa] – yol) kiç.

по дорожке – yol ilə

докатился – [dokati`lsya] – diyirləndi (diyirlənib çatdı)

лес – meşə

до леса – meşəyə (qədər)

***

11-ci dərs

Sifət

Azərbaycan diində olduğu kimi, rus dilndə də sifət əşyanın əlamətini bildirir və ismə aid olur. İsimlə bərabər cinsə, hala görə dəyişir. Bunu sifətin sualarından da görə bilərik. Kişi cinsində какой?, qadın cinsində какая?, orta cinsdə какое? sualına cavab verir. Cəm halda cinsə görə dəyişmir, bütün cinslərdə какие? sualına cavab verir.

Sifətləri öyrənməyə indiyə kimi Azərbaycan dilində işlətdiyimiz qramatik ifadələrdən başlayaq.

мужскОй род — kişi cinsi

жЕнский род — qadın cinsi

срЕдний род — orta cins

едИнственное числО- tək hal

мнОжественное число — cəm hal

*Число, əslində, ədəd, say deməkdir. Hərfi tərcümədə, müvafiq olaraq, tək sayda, çox sayda mənasını verən единственное число, множественное число ifadələri, tək hal, cəm hal kimi tərcümə edilir.

İndi də tək halda müxtəlif cinslərdə) və cəm halda sifətin qəbul etdiyi şəkilçilərlə tanlş olaq.

Daha yaxşı yadda qalması üçün sual və şəkilçilərə bir daha — birlikdə nəzər salaq.

Sözlərin tərcüməsini yazmazdan əvvəl qeyd edim ki, sifətlər lüğətdə, bir qayda olaraq, kişi cinsində işlənir.

***

весёлый — şən

пЕсня, песенка (kiçildilmiş) — mahnı

старый — köhnə

шкаф — dolab

красивый — gözəl, yaraşıqlı

дерево — ağac

***

интересный — maraqlı

рассказ — hekayə

повесть — povest

сообщение (hər iki o «a» kimi tələəffüz edilir) — xəbər, məlumat

***

12-ci dərs

Fel

İlk dərsdə qeyd etmişdim ki, qramatik qaydaları öyrənməkdən öncə, bu dilə müəyyən qədər bələd olmaq lazımdır. Bu fikir fel bəhsi üçün xüsusilə doğrudur.

Odur ki bu bəhsdə verilən qramatik qaydaları əzbər öyrənməyə çalışmaq, dəqiqliklə yadda saxlamaq tövsiyə edilmir. Əvvəlki dərslərdə olduğu kimi, fellərlə ümumi tanışlıq da gələcək dərslərdə yer alacaq yazılı və video materiallardakı mətnləri öyrənmyə köməklik məqsədi daşıyır.

***

Rus dilində fellər bir neçə kateqoriya üzrə dəyişir.

Fellər tərzə görə iki növə ayrılır: совершенный вид (bitmış, tamamlanmış) və несовершенный вид (bitməmiş, tamamlanmamış).

Hal və hərəkətin bitməsini, yekunlaşmasını bildirən fellər I növə (совершенный вид) aiddir. Tamamlanmış fellər infinitiv (məsdər) formasında Что сделать? sualına cavab verir: побежать, поиграть, прочитать, написать.

Davamiyyətli və təkrarlanan hal və hərəkəti bildirən fellər isə II növə (несовершенный вид) aiddir. Tamamlanmamış fellər infinitiv (məsdər) formasında Что делать? sualına cavab verir: бежать, играть, читать, писать.

Rus dilində olan uyğun bitmiş və bitməmiş fellər Azərbaycan dilinə, demək olar ki, eyni cür, yaxud, bir işi başlamaq, bir az etmək, etməyi davam etdirmək  kimi tərcümə edilir. Onlar arasındakı fərqi mətnlərdə işlənmə yerinə görə, həmçinin, sözönü şəkilçilərə (приставка) görə getdikcə ayırd edə biləcəksiniz.

совершЕнный — bitmış, tamamlanmış

несовершЕнный — bitməmiş, tamamlanmamış

вид — növ

бежать — qaçmaq

играть — oynamaq

читать — oxumaq (kitab, mətn)

писать — yazmaq

***

Azərbaycan dilində olduğu kimi, rus dilində də fellər keçmiş, indiki və gələcək zamanda olur. Keçmiş zamanda hala (tək, cəm) və cinsə (kişi, qadln, orta) görə, indiki və gələcək zamanlarda isə hala (tək, cəm) və şəxsə görə dəyişir.

Keçmiş zamanda feller şəxsə görə dəyişmir: tək halda və cəm halda (hər birində ayrı-ayrı) hər üç şəxsdə (I, II, III) eyni şəkilçi qəbul edir. Yalnız tək halda cinslərə görə dəyişir. Bu dəyişikliyi felin cavab verdiyi suallardan da görmək mümkündür.  Keçmiş zamanda fellerin necə dəyişməsi ilə  смотреть — baxmaq felinin misalında tanış olaq.

Coлнышко — günəş (солнце) sözünün kiçiltmə, nəvaziş şəklidir.

Başqa — fərqli bir felin (-ся sonluqlu смеяться felinin) cinsə və hala (tək, cəm)  görə dəyişməsinə də nəzər salaq.

***

İndiki zamanda fellərin dəyişməsi ilə знать — bilmək  слышать — eşitmək fellərinin misalında tanış olaq.

Mən bilirəm.                                                                                   Mən eşidirəm.

Sən bilirsən.                                                                                   Sən eşidirsən.

O bilir.                                                                                             O eşidir.

Biz bilirik.                                                                                        Biz eşidirik.

Siz bilirsiniz.                                                                                   Siz eşidirsiniz.

Onlar bilir.                                                                                     Onlar eşidir.

Göründüyü kimi, indiki zamanda fellər şəxsə və hala (tək, cəm) görə dəyişir, həm də bu dəyişmə iki fərqli variantda baş verir. Fellərin bu cür fərqli dəyişməsi onların infinitiv halda daşıdıqları şəkilçidən asılıdır (bir neçə müstəsna haldan başqa). Bu baxımdan rus dilində fellər iki qrupa bölünür: I спряжениеII спряжение.

I — пЕрвое — birinci

II — вторОе — ikinci

спряжЕние — dəyişmə

Bir qaydaq olaraq, -ить sonlqlu fellər (любить, звонить və s.) II qrupa,

yerdə qalanlar: -оть,еть, -ать, -ять, -уть, -чь, -ти sonluqlu fellər (знатьгулятьотдохнутьиметь və s.) I qrupa aid olur.

любИть — sevmək

звонИть — zəng etmək

гулЯть — gəzmək

отдохнУть (hər iki o «a» kimi tələəffüz edilir) — istirahət etmək

имеЕть — malik olmaq

MÜSTƏSNALAR: Sonluğu -ить olsa da, I dəyişmə qrupuna aid olan iki fel var:

брить — qırxmaq

стелИть — salmaq, döşəmək, sərmək

Sonluğu -ить olmasa da II dəyişmə qrupuna aid 11 fel (-ать ilə bitən 4 fel, -еть ilə bitən 7 fel) var:

дЫшать — nəfəs almaq

держАть — (tutub) saxlamaq

гнать — qovmaq

смотрЕть — baxmaq

вИдеть — görmək

обИдеть — incitmək, xətrinə dəymək

ненавИдеть — nifrən etmək

терпЕть — dözmək

вертЕть — fırlamaq

завИсеть — asılı olmaq

Şəkildə hər qrupa aid fellərin şəkilçiləri, həmçinin, müstəsna fellər göstərilmişdir.

глагОл — fel

***

Gələcək zamanda fellər cinsə və hala (tək cəm) dəyiir və bu dəyişmə bitmiş və bitməmiş tərz üçün fərqlidir.

Bitmiş fellər özü gələcək zaman şəkilçisi qəbul edir (sadə gələcək zaman), bitməmiş fellərdə isə (mürəkkəb gələcək zaman) fel infinitiv (məsdər) halında qalır, cinsə, hala (tək, cəm) və zamana görə ona qoşulmuş köməkçi быть (olmaq) feli dəyişir (daha dəqiq desək, gələcək zaman şəkilçisi qəbul edir).

Fellərin gələcək zamanda bitmiş və bitməmiş tərzdə cinsə, hala (tək, cəm) görə necə dəyişdiyinə baxaq.

Hər üç zamanda fellərin necə dəyişdiyinə bir daha nəzər salaq.

прошЕдшее врЕмя — keçmiş zaman

настоЯщее время — indiki zaman

бУдущее время — gələcək zaman

Beləliklə, görürük ki, bitmiş fellər hər üç zamanda, bitməmiş fellər isə yalnız keçmiş və gələcək zamanlarda işlənir. İndiki zamanda yalnız bitməmiş fellər işlənir və yada salaq ki, indiki zamanda fellər dəyişimə növünə (спряжение) uyğun olaraq iki cür dəyişir.

***

Bundan sonra dərslərə müxtəlif mövzular üzrə video materiallar, əyani şəkillər, qısa mətnlər və şeirlər şəklində (vaxtaşırı yeni materiallar yerləşdirməklə) davam edəcəyik. Onlar mövzular üzrə — ardıcılııqla deyil, sistemsiz şəkildə yerləşdiriləcək. Bu təzad (fərqli mövzulara aid materialların — şəkil, sxem, cədvəl və s. — sistemsiz ardıcıllığı) materialın daha yaxşı yadda qalması üçündür. Həmçinin, öyrənilmış dərslərin təkrar edilməsi üçün ara-sıra əvvəlki mövzulara aid materiallar da yer alacaq.

*Videolar içərisində rus dili öyrənmək üçün tərtib edilmiş video çarxlar, cizgi və bədii filmlər (onlara subtitrlərin köməyi ilə baxın), müxtəlif səpgidə video parçalar yer alacaqdır. Onlardan hansından öyrənmək sizin üçün daha əlverişli olsa, onlara baxın. Hər hansı biri çətin gəlsə, yaxud, sizin üçün əlverişli olmasa, baxmaya bilərsiniz.

***

Mən məktəbə gedirəm. (piyada)
Mən məktəbə hər gün gedirəm. (piyada)

Mən məktəbə gedirəm. (miniklə)

Mən məktəbə hər gün gedirəm. (miniklə)

***

*Ekrandakı mətnərin oxunuşu 02:05-dən başlayır.

вопрос – [vapr`os] – sual

ответ – [atve`t] – cavab

Вопрос-ответ – Sual-cavab

(02:05 — 12:20 arası tərcümə edilib.)

Biz rus dili dərsindəyik.

Biz hardayıq? – Biz dərsdəyik. Biz rus dili dərsindəyik.

Hansı dil(in)? – Rus dili(nin).

Biz dərsdəyik? – Bəli, biz dərsdəyik.

Biz küçədəyik? – Xeyr, biz küçədə deyilik, biz dərsdəyik.

Biz rus dili dərsindəyik? – Bəli, biz rus dili dərsindəyik.

 

Biz rusca oxuyuruq, yazırıq və danışırıq.

Rus dili dərsində biz nə edirik? – Biz oxuyuruq, yazırıq və danışırıq.

Biz dərsdə oxuyuruq? – Bəli, biz dərsdə oxuyuruq.

Biz dərsdə yazırıq? – Bəli, biz dərsdə yazırıq.

Biz dərsdə kinoya baxırıq? – Xeyr, biz dərsdə kinoya baxmırıq. Dərsdə biz oxuyuruq, yazırıq və danışırıq.

 

Müəllim bizə yeni qaydanı izah edir (başa salır).

Müəllim nə edir? – Müəllim başa salır. Müəllim bizə yeni qaydanı başa salır.

Müəllim bizə yeni qaydanı başa salır? –  Bəli, müəllim bizə yeni qaydanı başa salır.

Müəllim bizə nəyi başa salır? – Yeni qaydanı. Müəllim bizə yeni qaydanı başa salır.

Hansı qaydanı? – Yeni qaydanı.

 

Bütün tələbələr oturur və qulaq asır.

Tələbələr nə edir? – Tələbələr oturur və qulaq asır.

Bütün tələbələr oturur və qulaq asır? – Bəli, bütün tələbələr oturur və qulaq asır.

Kim oturur və qulaq asır? – Tələbələr. Tələbələr oturur və qulaq asır.

 

Mən artıq rusca yaxşı başa düşürəm.

Kim artıq rusca yaxşı başa düşür? – Mən. Mən rusca yaxşı başa düşürəm.

Mən rusca necə başa düşürəm? – Yaxşı. Mən rusca yaxşı başa düşürəm.

 

Anton və Viktor da rusca yaxşı başa düşürlər.

Anton və Viktor da rusca yaxşı başa düşürlər? – Bəli, onlar rusca yaxşı başa düşürlər.

Onlar almanca yaxşı başa düşürlər? – Xeyr, onlar rusca yaxşı başa düşürlər.

 

Anton, lütfən, bu mətni oxu – müəllim deyir.

Müəllim nə deyir? – Müəllim deyir: Anton, bu mətni oxu.

Nə(yi) oxumaq lazımdır? – Mətn(i).

Müəllim deyir “Yaz”? – Xeyr. O deyir “Oxu”.

 

Anton tez, amma çox sakit (alçaq səslə) oxuyur.

Anton nə edir? – Anton mətn(i) oxuyur.

Anton mətn(i) oxuyur? – Bəli, Anton mətn(i) oxuyur.

Anton musiqiyə qulaq asır? – Xeyr, Anton musiqiyə qulaq asmır. Anton oxuyur.

Anton mətni tez oxuyur? – Bəli, Anton tez oxuyur.

Anton mətni sakit (alçaq səslə) oxuyur? – Bəli, Anton sakit oxuyur.

Anton mətni tez, amma sakit oxuyur? –  Bəli, o tez, amma sakit oxuyur.

Anton mətni necə oxuyur? – O tez, amma sakit oxuyur.

***

***

***

***

***

***

***

 

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *