Təbabət və Həqiqət

Bismillahir rəhmanir rəhim.

Müəllifi olduğum və illər öncə kirill əlifbası ilə nəşr edilmiş «Təbabət və Həqiqət» kitabı, axır ki, sayta yükləndi. Baxmayaraq ki hələ neçə il əvvəl «Özünütənqid və ya «Təbabət və Həqiqət»ə bir baxış» adlı başqa bir kitab yazmağa qərar vermişəm, fikirlərimdə, baxışlarımda çox şey dəyişib, kitabı, demək olar, olduğu kimi yükləməyi üstün tutdum, hətta «institut» sözünü belə, «universitet»lə əvəz etmədim.

Yeri gəlmişkən, kitabla bağlı rəy bildirən, həmçinin, mənə etimad göstərib məsləhət almaq istəyən oxuculara öz təşəkkürümü bildirirəm. Onu da qeyd edim ki, məsləhət almaq istəyən oxucuların etimadını heç də həmişə dogrulda bilməmişəm. Bəzən səbəb soruşulan məsələdə biliyimin kamil olmaması, bəzən oxucunun öz elektron ünvanını dəyişməsi, yaxud, mənim oxucunun telefon nömrəsini itirməyim olub.

Mənə müraciət edib məsləhət almaq istəyən bütün oxuculara minnətdarlığımı bildirməklə yanaşı, onların etimadını tam doğrulda bilmədiyimi üzrlü hesab etmələrini xahiş edirəm. Həmin insanlar yenidən mənimlə əlaqə qursalar, şad olaram. Onların etibar və etimadını doğrultmağı özümə borc bilirəm.

Əssalamu əleykum və rəhmətullahi və bərəkətuh.

Elektron versiyanı yükləmək (proqram şəklində)

Elektron versiyanı yükləmək (PDF şəklində)

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *