Gəlin, Qadın olaq

Yəqin ki 8 mart hələ uzun müddət yaddaşlarda qalacaq, Qadınlar bayramı kimi qeyd ediləcək. Çünki artıq beyinlərə hopmuş, yaddaşlara həkk olunmuş, elimizinn adət-ənənəsinə çevrilmişdir.

Çünki insan adət etdiyi şeylərdən əl çəkə bilmir. Çünki əsl bayramın, əsl sevincin ünvanını, dadını tapmayan insan bu kimi bayramlara meyllidi.

Bu bayram haqqında bəzi həqiqətləri «8 mart günü kimi mədh edirik?» başlıqlı yazımda qeyd etmişəm.

Amma, zənnimcə,  bu həqiqətlərin hamıya çatması (hərfi və məcazi mənada), bundan dolayı ona münasibətin dəyişməsi, ən azından, yaxın gələcəkdə mümkünsüzdür.

Olsun. Qoy bu gün qadın mövzusu bir daha gündəmə gəlsin, önə çəkilsin. Biz də bu cür bəhrələnək Qadınlar bayramından.

Şablon təbrik, hədiyyə bağışlayıb — qəbul etmək əvəzinə, Qadın mövzusunu gündəmə gətirək, müzakirələr edək, hansısa həqiqətləri anlamağa cəhd edək.

Bundan böyük hədiyyə nə ola bilər ki?

Sözüm həmcinslərimə — qadınlaradır: Gəlin, Qadın olaq. Gözəl, yaraşıqlı, təmizkar, səliqəli, işgüzar, müasir olmağı demirəm. Həzrət Əli əleyhissalamın öz duasında təsvir etdiyi kimi bir qadın.

«Adın Qadınsa..» başlıqlı yazımda yer alsa da, bu duanı bir daha nəzərinizə çatdırıram.

“İlahi! Mənə xeyirxah, mehriban, övlad dünyaya gətirmək qabiliyyəti olan, təşəkkür etməyi bacaran, gözütox və iffətli qadın qismət elə! Belə ki, ona xeyirxahlıq etsəm təşəkkür etsin. Pislik etsəm bağışlasın. Allahı zikr etsəm yardım etsin. Allahı unutsam Onu mənim yadıma salsın. Evdən uzaq qaldığım zaman iffətini qorusun. Evə gəldiyim zaman sevinsin. Göstərişlərimi yerinə yetirib itaət etsin. Ona and verdikdə (ki, bu işi et, ya əncam vermə) qəbul etsin. Qəzəbləndiyim zaman məni sakitləşdirib sevindirsin. Ey sonsuz izzət və cəlal sahibi olan Allah! Mənə belə bir həyat yoldaşı qismət et! Sən mənə bu neməti əta etməsən mən özüm onu ələ gətirə bilməyəcəm.”

Bu keyfiyyətlərə malık olan qadınıqmı? Ya məhz bu keyfiyyətləri özündə daşıyan qadının tələbində olan kişi varmı? Riyakarlıqla bu keyfiyyətləri nümayiş etdirənləri istisna etsək, çox azdır, olduqca az.

Bəzən deyirlər:

— Əsl kişilər hardadı?

Sonra da cavab verirlər:

— Əsl qadınların yanında…

Məncə, düşünməyə dəyər.

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *