Anatomiya dərsləri

Çoxdandır sayta bu başlıqda yazı yerləşdirmək istəyirəm. Ardından da bəzi gerçəkləri araşdırmaq, mahiyyətinə varmaq, həqiqətini aşkar etmək yönümündə onlar haqqında söhbət açmaq.

Anatomiya — canlı orqanizmlərin hissəlırini öyrənən elmdir. Geniş mənada isə hər hansı obyekt və ya hadisəni araşdırmaq, analiz etmək, həqiqətinə varmaq mənasında işlədilir.

Bizim anatomiya dərslərimiz də bu qəbildən olacaqdır. Eyni uğurla «… analizi», «… sirri» və bu kimi başqa ifadələri də işlədə bilərdim. Amma toxunacağım məsələlərin çözümünə məhz «anatomiya» ifadəsi daha çox uyğun gəldiyindən, onu seçdim.

Məni düşündürən, narahat edən, yaxud, öyrənib, araşdırıb, kəşf etdiyim hər hansı bir məsələ bu «dərslərin» içində yer alacaq. Odur ki mövzuların müxtəlifliyi sizi təəccübləndirməsin.

Öyrəşdiyimiz, «elm» adı ilə qəbul etdiyimiz, yaxud, ümumiyyətlə, standart qəlibə uyğun gəlməyən bu fikirlər məsələyə fərqli və müxtəlif aspektlərdən yanaşmanın nəticəsidir. Onları müxtəlif mənbələrdən bəhrələnərək əldə etmişəm.

Peyğəmbərimiz (s) buyurub: «Elm dalınca Çinə də olsa gedin». Odur ki «Çindən» gələn biliklərdən belə yararlanmağa çalışmışam, bəzi bilgilərlə tanış olarkən, «Bu, bizim əqidəyə uyğun gəlmir» deyib hürkməmişəm.

Əksinə, standart təsəvvürlərə uyğun gəlməyən informasiyalara təsadüf edəndə, onlara öz əqidəm aspektindən yanaşıb, zahiri ziddiyyət, uyğunsuzluq olsa da, mahiyyətindəki əlaqəni görməyə çalışmışam. «Anatəmiya dərsləri»ndə məhz belə məlumatlar yer alacaq in şə Allah.

Yeri gəlmişkən, bu gün elm, bilgi, informasiya dalınca nə Çinə, nə də başqa bir yerə getməyə ehtiyac qalmayıb. Qalaq-qalaq kitablar, gərəkli-gərəksiz informasiyalar nə qədər desən var. Qalır onlardan bəhrələnmək, gərəklini gərəksizdən ayırıb faydalı biliklərə yiyələnmək.

Bir məsələni də qeyd etmək istəyirəm. Bəlkə də yalnız qeydlər edib yazmağa fasilə verdiyimdəndir, son zamanlar yazdıqlarımda bir quruluq, darıxdırıcıl ton hiss edirəm.

Odur ki onları sayta yerləşdırmək istəmirəm, nə vaxtsa yenidən işləyib sonra yerləşdirməyi düşünürəm. Amma hər dəfə yenə sayta yerləşdirməyə hazır hesab etmirəm.  Bu minvalla yazdıqlarım saytın müəllıf səhifəsində qaralama kimi yığılıb qalır,

Bu gün həmin yazıları bir-bir yerləşdirməyə qərar verdim. Çünki yazmadıqca bu cür də qalacağını, əksinə, yazdıqca öz üslubuma qayıdacağımı düşünürəm. Əgər yazılarımda yuxarıda qeyd etdiyim cəhətləri görsəniz, üzlü bilin.

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *