Hitlerə qalib gəlmişikmi?

Bu sual Hitlerin bəzi planları haqda oxuyarkən yarandı. Bəli, 1945-ci ildə II Dünya müharibəsi sona çatdı, Hitler məğlub edildi, zəbt edilmiş torpaqlar azad edildi.

Amma Hitlerin planlarını oxuyarkən, bütün bunların formaca baş verdiyinin, əslində isə Hitlerim planının mahiyyətcə həyata keçdiyinin və günümüzdə uğurla yerinə yetirildiyinin şahidi olursan.

Axı, müharibələr təkcə ərazi və ehtiyatlar üstündə olmur, həm də (bəlkə də daha çox) ideoloji səbəb daşıyır. Hitlerin irqi ayrı-seçkilik ideyasından qaynaqlanan planı da «yararsız irqlərə» mənsub insanları kölə etmək məqsədi daşıyırdı.

Onun, böyük olmasa da, ağılla işlənmiş kölə yaratmaq nəzəriyyəsi var idi. Bu nəzəriyyəyə əsasən, insanalrı köləlikdə saxlamaq üçün onlara maksimum azadlıq vermək lazımdır.

Fərdi azadlıq heyvani instinknlərə — tənbəllik və qorxaqlığa – söykənir. Tam azad insan heyvana çevrilir. Heyvanı isə köləlikdə saxlamaq və işlətmək asandır. Dövlət insanları cəm edir, azadlıq isə parçalayır.

Mədəniyyətin yüksək səviyyəsinin göstəricisi heç də azadlıq deyil, insanları idarə edən təşkilat tərəfindən azadlığın məhdudlaşdırılmasıdır. İnsanların azadlığını məhdudlaşdırmadıqda onlar özlərini meymun kimi aparır və dövlət onların ipini nə qədər boş buraxsa, onların azadlığı üçün nə qədər çox imkan versə, xalqı bir o qədər mədəni tənəzzülə sürükləyir. Ona görə də fəth etdiyimiz Reyxin şərq torpaqlarında xalqın idarə olunmasında bir əsas prinsipi rəhbər tutmaq lazımdır: azadlıq istəyən hər kəsə geniş imkanlar yaratmaq, onlara hər hansı nəzarətə yol verməmək və bununla həmin xalqların daha aşağı mədəni inkişaf səviyyəsində qalmaları üçün lazım olan hər şeyi etmək.

Həmişə bu mövqedən çıxış etmək lazımdır ki, bu xalqların vəsifəsi, birinci növbədə, bizim iqtisadiyyata xidmət etməkdir. Ona görə də iqtisadi maraqlarımızı rəhbər tutaraq, biz hər vasitə ilə bu ərazilərdən mümkün olan hər şeyi əldə etməyə cəhd etməliyik. Kifayət qədər kənd təsərrüfatı məhsulları əldə etməyi və işçi qüvvəsini şaxta və hərbi zavodlara yönəltməyi, onlara sənaye məhsulları və bu kimi şeylər satmaqla stimullaşdırmaq olar. Ən yaxşısı, hər kənddə reproduktor qoymaq və bu yolla insanlara xəbərlər vermək və onları əyləndirməkdir, nəinlki onlara siyasi, elmi və başqa bilikləri sərbəst olaraq mənimsəməyə imkan vermək. Amma radio ilə əsarətdə olan xalqlara onların tarixi haqqında danışmaq heç kəsin ağlına gəlməsin; musiqi, musiqi, musiqidən savayı heç nə.

… Məktəblərdə, ən yaxşısı, onlara jestlərin dilini öyrətmək olardı. Onlara öyrətmək laşım olan maksimum şey yol nişanlarını ayırd etməkdir.

Əslində, insanları necə kölə — qul etmək və köləni işləməyə — kölə qalmağa necə  yönləndirməyin sirləri qədim zamanlardan məlumdur və bunun üçün bir parça çörək və əylənmək (yeməyi və əylənməyi bol etmək — heyvani instiktlərin tələbatını ödəmək), rəngarənglik, çeşid bolluğu yaratmaq lazım olduğunu bilirdilər.

Bu gün dünyanı bürümüş rəngarəng vitrinər, sayı-hesabı olmayan dükan-bazar, küçələri belə zəbt etmiş alış-veriş nöqtələri məhz bu siyasətin təzahürüdür. Əgər diqqət etsək, bu qədər bolluq içində bərəkət olmadığını görərik.

Bu gün Qərbin bizə sırımaq istədiyi mütləq azadlıq da eyni ideyaya xidmət edir. Bu cür azadlıq insanı özbaşınalığa və azğınlığa aparır, insanlıq çərçivəsindən çıxarır və heyvana çevirir və nəticədə, bütövlükdə cəmiyyət deqradasiya edir.

Deqradasiyanı daha da gücləndirmək, uğurla həyata keçməsini təmin etmək üçün də hər cür şərait və imkan yaradılmaqdadır ki, insalar əylənsinlər, musiqiyə qulaq assınlar, çalıb-oynasınlar və oxuyub-öyrənməkdən, elm kəsb etməkdən uzaq düşsünlər.

Hara baxırsan, lap Hitlerin planında olduğu kimi: musiqi, musiqi, musiqidən başqa heç nə.

Odur ki qarşıya sual çıxır: Biz Hitlerə qalib gəlmişikmi?

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *