Hər təzə il gələndə…

Hər təzə il gələndə…

Hər bayram gələndə Həzrət Əli əleyhissalamın “Günah etmədiyin gün bayramdır” sözləri yadıma düşür…

Başlıq isə hər təzə il gələndə qocalmadığımızı, əksinə, qəlbimizin, ruhumuzun cavanlaşdığını bizə təlqin edən, bizə şən nəğmələr yaraşdığını söyləyən bir mahnının sözlərindəndir.

Mən də təzə ilin gəlişi ilə bağlı söz demək istəyirəm. Demək istəyirəm ki:

Hər təzə il gələndə bir il qocaldığını — ömür sərmayəsindən daha 365 gün xərclədiyini düşün, bu sərmayəni nəyə sərf etdiyini, nəyə xərclədiyini düşün.

Hər təzə il gələndə köhnə ilin hesabatını ver. Gör bu bir ildə nə qazandınn? Xatırla gör ötən bir ildə vaxtını nəyə sərf etdin: boş, faydasız işlərə, yoxsa xeyir əməllərə?

Hər təzə il gələndə gör ötən bir ildə ruhunu nə ilə doldura bildin, ruhuna nə topladın. Bu bir ildə ruhun – qəlbin cavanlaşdı zənginləşdi, ya əksinə, kasadlaşdı, bərkidi?

Hər təzə il gələndə bu bir ildə etdiyin günahları, xətaları yada sal, etdiyin günahlara görə tövbə edib-etmədiyini düşün. Etməməsənsə — tövbə et, etmisənsə — bir daha tövbə et, ötən ili də, gələn ili də, bütün ömrünü, bu həyatı, malik olduğun hər şeyi sənə bəxş edən, səni yaradan, xəlq edən Allahdan bağışlanma dilə.

Hər təzə il gələndə yada sal gör ötən bir ildə Allahın verdiyi təyinat üzrə yaşaya bildinmi, ona qul – bəndə ola bildinmi. Yoxsa, qəflət içində — zülmətdə qaldın.

Hər təzə il gələndə düşün gör ötən bir ildə niyə yarandığının, niyə yaşadığının fərqində oldunmu? Heç bu haqda düşündünmü? Yoxsa, ömrünü-gününü şən nəğmələrə, çalıb oynamağa, deyib gülməyə — fəna işlərə sərf etdin?

Hər təzə il gələndə yada sal, gör ötən bir ili təfəkkür edən, düşünən, öz məqsədi, amalı olan Azad insan kimi yaşadın, yoxsa qul – kölə olub sənə təqdim olunan həyatın girdabında boğuldun?

Hər təzə il gələndə bütün bunları düşün və nəticə çıxart. Düşün ki, doğrudanmı hər təzə il gələndə qocalmırıq? Doğrudanmı ruhumuz cavanlaşır? Doğrudanmı ömrü çalıb oynamaq, şənlənmək – qəflət içində kechirmək lazımdır?

Hər gün düşünməli olduğun, özünə hesabat verməli olduğun bu şeylər haqqında, heç olmasa, hər təzə il gələndə düşün. Düşün gör ömrü belə şeylərə sərf etməyə dəyərmi?

Axı, ömür bizə buna görə verilməyib…

Y.G. Bayramlar, çalıb-oynamaq kimi mövzular «Sevgililər günü — daha bir saqqız», “8 mart günü kimi mədh edirik?” və “Hitlerə qalib gəlmişikmi?” başlıqlı yazılarımda da yer alıb.

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *