Sevgililər günü — daha bir saqqız

Bismillahir rəhmanir rəhim

Həyatın girdabına düşüb yaşayırıq… Bayramlar, günlər «icad» edirik… Heç bayram əhval-ruhiyyəmiz olmasa belə, qeyd etməyə ÇALIŞIRIQ. Axı, həyatın girdabındayıq…

Bəri başdan deyim ki, ifratçılığı sevmirəm. Uşaqlıqdan qeyd etdiyimiz Yeni ili, sonralar dəbə düşən Sevgililər gününü küyə gedib qamçılayanların sırasında bilməyin məni. Ümumiyyətlə bayramlara münasibətimi bildirmək istədim — yeri gəlmişkən.

Bayram ürəkdə olar. Elə sevgi də… Heç sevgini də günlə, ayla qeyd edərlər? Sevgidən nə qədər çox danışsan, söz açsan, bir o qədər bayağılaşır zənnimcə. Elə sevgi olmadıqca, bayağılaşdıqca ondan danışarlar, yenə zənnimcə. Bayram «təsis» edərlər…

Saqqızla baş qatmaq mənasına gələn bir deyim var. Bu bayram da, bir çoxları kimi, o qəbildəndir… Çeynəyə-çeynəyə — bayram edə-edə, çalıb oynaya-oynaya baş qarışsın, təki düşünə bilməsin insan!

Həyatın girdabı… KÜT-lə yaşayışı (kaş ikinci — «lə» hecasına da bir məna sığışdıra biləydim). Eşitdiyim bir əhvalat yadıma düşür insan yaşamı haqqında düşünəndə bəzən. İnsanlar yox… qoyunlar haqdadır, üzr dilərəm.

Guya bir qatar bir sürü qoyunu biçib axıracan. Yəni arxada gələnlər öndəkilərin ardınca bir-bir qatarın altına verib özünü. Nə qədər oxşayır yaşamımıza! Dayanıb düşünürükmü?! Hara getdiyimizin fərqindəyikmi?! «Palaza bürünüb, qatarın altına elnən sürünürük».

BƏLKƏ DÜŞÜNƏK? Axı, Think — yaxşı metaldır. :)

Bayrama gəlincə… Həzrət Əli əleyhissalamın gözəl kəlamını yazmaq istəyirəm: «Günah etmədiyin gün — bayramdır». Belə bayramlardan çox-çox arzulayıram sizə…

Bir az da «səbəbkar» haqqında.

Deyirlər, insan hansı millətin bayramını qeyd edirsə, həmin millətə məxsusdur (bu fikri həm də danışdığın dil barədə deyirlər və hər ikisi düzdür). Gəlin, ÖZÜMÜZ olaq, özümüzü dəyərləndirək, bizi sürü kimi cığıra salıb aparmaq istəyənlərin arzularını çin etməyək!

Valentin günün tarixinə nəzər salsaq, yersiz olmaz. İnternet səhifələrindən götürmüşəm, şəkillə birlikdə.  538251_539033099462156_415672329_n

Məlum olduğu kimi, Müqəddəs Valentin — “Sevgililər günü”nün tarixi kökləri qədim Roma imperiyasına — b.e.ə. IV əsrdə Romada qeyd olunan çobanların tanrısı Faur Luperk bayramına, digər bir ifadə ilə Qurd Bayramına gedib çıxır.

Hər il fevral ayının 14 – də gənc romalılar tanrı Qurdun yaşadığı güman edilən bir mağaranın qarşısında toplanardılar. Mağaranın yaxınlığında küpün içərisində qız adları yazılmış kiçik lövhələr olurdu.

Gənc oğlanlar həmin küpdən hansı qızın adı olan lövhəni çəksə, həmin qızla növbəti ilin fevral ayının 14-dək istənilən formada “intim” həyat yaşayırdılar. Bu zaman cəmiyyət də buna öz “müsbət” münasibətini bildirirdi.

Romalı gənclər uzun müddət 2000 illik bu ənənəni böyük şövqlə davam etdirdilər. Ancaq çoban tanrısı Faur Luperk bayramı heç də xristian din xadimlərinin xoşuna gəlmirdi. Buna görə, Roma kilsəsi rəsmi şəxslərə müraciət edərək onların cəzalandırılmalarını tələb edir.

Bu zaman Romanı öz sərt qanunları ilə imperator II Klavdi idarə edirdi. Onun üçün ən böyük problem ordusunda əsgər çatışmazlığı idi. O, bunun ən böyük səbəbini romalı gənclərin öz sevgi həyatlarını və ailələrini tərk etmək istəməməsində görürdü. Bu səbəbdən II Klavdi Romadakı bütün evlilikləri və nişan mərasimlərini ləğv etdi.

II Klavdinin hakimiyyəti zamanı yaşayan rahib Valentin isə gizli şəkildə digər rahib Marius ilə birlikdə gəncləri evləndirməyə davam edirdi. Nəticədə bir müddət sonra bundan xəbər tutan Klavdi Valentini həbs edir və döyülərək öldürülməsini əmr edir.

Bu, bizim eranıın 270-ci ildə baş vermişdi. Bu hadisədən 226 il sonra, yəni 496-cı ildə Papa Qelasi Valentini təltif etmək üçün həmin günə dini libas geyindirilərək Valentinin öldürüldüyü fevralın 14-cü gününü “Müqəddəs Valentin günü” elan edir.

İllər ötdükcə 14 fevral aşiq olan insanların bir-birilərinə sevgi mesajları göndərdiyi bir günə çevrilir. Bununla paralel olaraq Valentin də bütün sevənlərin qoruyucu müqəddəsinə çevrilərək bu şəkildə xatırlanmağa başlayır.

Sevgililər günü XIX əsrdən sonra Amerikada Ester Hovlandın ilk sevgililər günü açıqcasını yollamasından etibarən günümüzdə daha çox insanın qeyd etdiyi ictimai bir hadisəyə çevrilir. Eyni zamanda Romadakı bütpərəstlər öz tanrıları üçün fevralın 14–ü bayram kimi qeyd edirdilər.

14 fevral bütün Roma əhalisi üçün xüsusi əhəmiyyət daşıyırdı. Çünki bu gündə Roma tanrı və tanrıçasının kraliçası olan Yunoya nümayiş etdirilən hörmət səbəbi ilə tətil günü elan edilmişdi. Bununla yanaşı, Yuno həm də qadınlıq və evlilik tanrısı da idi. Beləliklə, bu mərasim sırf olaraq bütpərəstliklə bağlıdır.

BƏLKƏ DÜŞÜNƏK?

Əssalamu əleykum və rəhmətullahi və bərəkətuh

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *