MÜƏLLİFDƏN

Bismillahir rəhmanir rəhim

suraseyidova.com saytına xoş gəlmisiniz. Sayt hazırlanma mərhələsində olduğu üçün ilk tanışlıq məqsədi ilə Müəllifdən səhifəsini məqalələr bölümündə yerləşdirməyi lazım bildim.

Saytı yaratmağıma səbəb bildiyim, öyrəndiyim, məni düşündürən nə varsa, sizlərlə bölüşmək istəyidir. Deyirlər, bilən danışmır. Belə bir istəkdə bulunuramsa, demək, hələ o qədər də çox bilmirəm.

Belə bir kəlam var: Docendo discimus – öyrədərək öyrənirəm. Bu latın kəlamını “Yalnız öyrədərək öyrənə bilirəm” kimi də tərcümə edirlər. Mən bu fikirlə də razıyam. Məndə də belə olur, xüsusən, dil öyrənməkdə.

Məni bloq yaratmağa sövq edən səbəblərdən biri də çoxsaylı qeydlərimdir. Bloq yaratmaqla həm də onları saf-çürük etmək, mövzular üzrə toplamaq üçün əlverişli şərait əldə etmiş oldum.

Bloqda müxtəlif mövzularla bağlı məqalələrə təsadüf edəcəksiniz. Hansı mövzunu seçmək sizin ixtiyarınızdadır. Bunun üçün Bələdçi linkindən istifadə edə bilərsiniz.

“Qadın klubu” və “Uşaq bloqu” da ixtiyarınızdadır. Valideynlərin kiçik yaşlı uşaqlara oxuyub, onlarla məşğul olması üçün materiallar da nəzərdə tutulub.

Bu materialları, eləcə də, bütün digər yazıları printerlə çıxarıb oxuya bilərsiniz. Bu, bütün materialları bir arada toplamaq imkanı verməklə yanaşı, həm də, kompüterlə daha az ünsiyyətdə olmaq baxımından təqdirəlayiqdir. Mən özüm, adətən, bu cür edirəm.

Oxuduğunuz mövzu ilə bağlı suallarınızı, fikirlərinizi hər məqalənin sonundakı Şərhlər bölümündə yaza bilərsiniz. Sizi maraqlandıran digər müxtəlif suallar, təkliflərlə, o cümlədən, bloq haqqında fikirlərinizlə Əlaqə vasitəsi ilə müraciət etmənizi xahiş edirəm. Bildirəcəyiniz rəy və təkliflərə, qarşılıqlı ünsiyyətə və fikir mübadiləsinə görə əvvəlcədən təşəkkür edirəm.

Əssalamu əleykum və rəhmətullahi və bərəkətuh

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий для Ali Отменить ответ

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *