SOS

Toxunacağım mövzuları həm saytda yerləşdirmək, həm də videoversiyada təqdim etmək üçün bir video kanal açmaq qərarına gəldim. İlk videoçarx SOSadlanır. SOS – fəlakətə uğramış gəmilərin verdiyi siqnaldır və adətən ingiliscə “Ruhumuzu xilas edin” (“Save Our Souls”) sözlərinin abbreviaturası kimi yozulur. Burada isə “Sağlam olmağın sirləri” ifadəsinin abbreviaturası kimi, eyni zamanda, həyəcan siqnalı, yəni gerçək SOS verərək, insanları fiziki və mənəvi kamilliyə səsləmək mənsında işlənmişdir.

SOS. Fəlakətə uğramış gəmilərin imdad çağırışı. Onu “Save Our Souls” – “Ruhumuzu xilas edin” sözlərinin abbreviaturası kimi də yozurlar. Bu yozumun nə dərəcədə düzgün olduğunu deyə bilmərəm, amma gözəl ifadə alınıb: Ruhumuzu xilas edin.

Bu gün cəmiyyət – insanlıq fəlakət içindədir, onun SOS verməyə, “Ruhumuzu xilas edin!” deyərək imdad etməyə ehtiyacı var. Amma insanlıq qəflətdədir – ruhunun halı onu narahat etmir, o, ümumiyyətlə, ruhunun halından xəbərsizdir.

Odur ki, SOS vermək istəyirəm…

Amma mən SOS verməklə “Ruhumuzu xilas edin!” deyərək kimdənsə imdad gözləməyə yox, “Sağlam Olmağın Sirləri”nə yiyilənib, həm cismimizi, həm ruhumuzu xilas etməyə çağırıram.

Sağlamlıq geniş əhatəli bir anlayışdır, o təkcə xəstəliklərin və fiziki qüsurların olmaması deyil, insanın tam fiziki, ruhiictimai rifah halıdır.

Başqa sözlə, sağlamlıq insanın fikir və düşüncələrinin, davranışının, ümumiyyətlə, insana aid nə varsa – onun mahiyyətini, mövcudluğunu bildirən hər şeyin SAĞLAM olduğu halıdır.

Bu isə o deməkdir ki, məsələn, əgər gümrah bir gənc əsəbidirsə, ona sağlam demək olmaz. Yaxud, əgər insan tənbəllik edir, öz həyatını təmin etmək üçün çalışmağa səy göstərmirsə, yenə onu saglam hesab etmək olmaz.

Müasir dövrdə sağlam adama rast gəlmək çətindir: bu və ya digər dərəcədə, gizli, ya aşkar, hamı xəstədir. Amma insan o qədər qəflət içindədir ki, bu halı onu, demək olar ki, narahat etmir. O öz fiziki rifahına – rahat yaşamağa can atsa da, mənəvi-ruhi və ictimai rifahını təmin edə bilmir. Halbuki, təkcə fiziki cəhətdən sağlam olmaq mümkün deyil. Fiziki kamilliyin yolu mənəvi kamillikdən keçir. Sağlam olmağın başqa, asan yolu yoxdur.

Kanaldakı videolar məhz  Sağlam Olmağın Sirlərini açaraq, həm fiziki, həm mənəvi kamilliyə çatmağın yollarını tapmağa həsr edilib. Onlardan bəzisi zahirən sağlamləqla əlaqəsi olmayan kimi görünsə də, mahiyyət etibarı ilə bilavasitə sağlamlığa aiddir.

Videoların mətnində, yeri gəldikcə, müəllifin “Təbabət və Həqiqət” kitabından fikirlər də səslənəcək. Kanaldakı videolar da, həmin kitab kimi, öz üzərində qələbə çalmağa çalışan, düşünərək yaşamağa can atan, mənəvi kamilliyi hər şeydən uca tutan, selin yuyub apardığı çöpə bənzəmək istəməyən insanlar üçündür.

Bu yolda sizə uğurlar diləyirəm.

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники