Həyat nədir?

«Mənim dinim İslamdır» (uşaqlar üçün) kitabından

Biz dünyaya gəlirik, valideynlərimiz bizi qayğı ilə əhatə edir, bizi böyüdür. Körpə ikən biz heç nə başa düşmürük, nə üçün yarandığımızı, dünyanın nə oldugunu anlamağa qadir olmuruq. Sonra böyüyürük. Böyüdükcə özümüzü və dünyanı dərk etmək istəyirik. Həyat nədir? Biz nə üçün yaranmışıq? Nə üçün yaşayırıq? Xoşbəxtlik nədir? Bu kimi suallar bizi az-çox düşündürməyə başlayır.

Bizi Allah yaradıb. Yaşamaq yolunu – Öz dinini də yaradıb. Bütün bunlara inanmaq iman* adlanır. İman hər bir kəsin qəlbində var. Kimsə bunu hiss edir, kimsə yox. Amma buna baxmayaraq,  hər bir insanın fitrətində iman var, yəni hər bir insan fitrən* müsəlmandır.

Müsəlman – “Allaha təslim olan” deməkdir. Allaha təslim olan, Allaha itaət edən insan ibadətlə məşğul olur. İbadət etmək hər bir insan üçün vacibdir. İbadət etməklə biz, bizi yaradan Allaha şükr edirik.

Photo-1442-1-640x350 (2)         sm9

Həyatda nəyimiz varsa, onu da bizə Allah bəxş edib. Allahın bizə bəxş etdiyi nemətləri saymaqla qurtarmaq olmaz.  Yeyib-içməyimiz, yeriməyimiz, görməyimiz, danışmağımız, eşitməyimiz hər biri Allahın nemətidir. Həyatda zövq aldığımız, xoşumuza gələn nə qədər şey var! Bütün bunlar Allahın bizə bəxş etdiyi nemətlərdir. Başımız üstündəki səma, Günəş, bərq vuran ulduzlar, Ay – bütün bunlar Allahın yaratdıqlarıdır. Təbiətin bütün gözəllikləri, al-əlvan çiçəklər, rəngbərəng meyvələr, yaşıl çəmənlər, yazda yaşıl dona, qışda ağappaq qara bürünən dağlar, düzənlər də Allahın yaratdıqlarıdır. Sən hələ kiçik qar dənəciyinə bax! Belə bir möcüzəni Allahdan başqa heç kəs yarada bilməz. Həmd olsun Allaha!

fitrən*- anadangəlməşəkil 3

Sosial şəbəkələrdə paylaşın:

Опубликовать в Google Plus
Опубликовать в Мой Мир
Опубликовать в Одноклассники

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *