Currently browsing tag

bayram

Hər təzə il gələndə…

Hər təzə il gələndə… Hər bayram gələndə Həzrət Əli əleyhissalamın “Günah etmədiyin gün bayramdır” sözləri yadıma düşür… Başlıq isə hər təzə il gələndə qocalmadığımızı, əksinə, qəlbimizin, ruhumuzun cavanlaşdığını bizə təlqin edən, bizə şən nəğmələr yaraşdığını söyləyən bir mahnının sözlərindəndir. Mən də təzə ilin gəlişi ilə bağlı söz demək istəyirəm. Demək …

Bahar bayramınız mubarək!

Novruz — uşaqlıqdan sevdiyim əziz bir bayramdır. Onu həmişə özünəməxsus, başqalarından fərqli hiss etmişəm. Səməni, tonqal qalamaq, şəkərbura, paxlava… Hələ qapıpusdunu demirəm… Bax, bu mövzuda maraqlı uşaqlıq xatirələrim var. Uşaqkən böyük vəzifə sahibi olmaq istəyirdim, lap böyük. Yəni birinci. Vəzifəpərəstlikdən yox, qurub-yaratmaq eşqindən. Axı, birincilərin çox şeyə səlahiyyətləri çatır… Təxminən …

8 mart günü kimi mədh edirik?

İnsanlar özlərinin yaratdıqları probleməri həll etməklə məşğuldur — deyənlər nə qədər haqlıdırlar! Belə yersiz problemlərdən — qayğılardan biri də «Qadınlar bayramı» adlanan 8 mart günüdür. Uzun illər ərzində formalaşmış ənənəyə əsasən bu gün qadınlar kişilərdən xüsusi diqqət gözləyir, gül-çiçək, hədiyyə alacaqlarını bilirlər. Çünki 8 mart — beynəlxalq qadınlar günü qadınlara qayğı …

Daha bir əlamətdar gün — 24 fevral

Bismillahir rəhmanir rəhim Bu əlamətdarlıq süni təsis edilmiş bayrmla deyil, məxsusi bayramla — Allahın anaya bəxş etdiyi əvəzsiz bayramla əlaqədardır. Bu gün oğlumun doğum günüdür. Körpəlikdən onu əzizlədiyim sözləri söyləyəcəm burda. Axı, övlad ana üçün hər yaşda uşaqdır. Gözümün nuru, Başımın tacı, Dərdim əlacı, Qolumun qüvvəti, Dizimin taqəti, Canım-gözüm, Hər bir …

İndi də «Kişilər bayramı»

23 fevral məhz belə adlanırdı. Məktəblilər arasında isə bəzən “Oğlanlar bayramı”. Sevgililər günü ilə bağlı yazıda qeyd etmişəm – bayram təsis etməyi sevirik axı. Qadınlar tərəfindən süni (qondarma) təsis edilmiş bu bayramı bir vaxtlar başqa cür qiymətləndirirdim. Düşünürdüm ki,  yazıq qadınlar o qədər əzizlənmək, nəvaziş defisiti yaşayırlar ki, onlara həsr …