Currently browsing tag

həyat

Hər təzə il gələndə…

Hər təzə il gələndə… Hər bayram gələndə Həzrət Əli əleyhissalamın “Günah etmədiyin gün bayramdır” sözləri yadıma düşür… Başlıq isə hər təzə il gələndə qocalmadığımızı, əksinə, qəlbimizin, ruhumuzun cavanlaşdığını bizə təlqin edən, bizə şən nəğmələr yaraşdığını söyləyən bir mahnının sözlərindəndir. Mən də təzə ilin gəlişi ilə bağlı söz demək istəyirəm. Demək …

Sən kimsən?

Çoxdan axtardığım yazıya təsadüf etdim. İki kitabı hədəf göturub dönə-dönə vərəqləyib axtarsam da, tapa bilmirdim. Təsadüfən qeydimi görüb baxdım. Elə həmin yazının kənarında idi qeydim. Axtardığım isə insanın məsx olması haqqında düşündürücü bir mövzudur. Həmin yazını — Ustad Şəhid Mürtəza Mütəhərrinin «Kamil İnsan» kitabından «Məsx olmuş insan» bəhsini nəzərinizə çatdırıram. Məsx …

Anatomiya dərsləri

Çoxdandır sayta bu başlıqda yazı yerləşdirmək istəyirəm. Ardından da bəzi gerçəkləri araşdırmaq, mahiyyətinə varmaq, həqiqətini aşkar etmək yönümündə onlar haqqında söhbət açmaq. Anatomiya — canlı orqanizmlərin hissəlırini öyrənən elmdir. Geniş mənada isə hər hansı obyekt və ya hadisəni araşdırmaq, analiz etmək, həqiqətinə varmaq mənasında işlədilir. Bizim anatomiya dərslərimiz də bu qəbildən …

Təbabət və Həqiqət

Bismillahir rəhmanir rəhim. Müəllifi olduğum və illər öncə kirill əlifbası ilə nəşr edilmiş «Təbabət və Həqiqət» kitabı, axır ki, sayta yükləndi. Baxmayaraq ki hələ neçə il əvvəl «Özünütənqid və ya «Təbabət və Həqiqət»ə bir baxış» adlı başqa bir kitab yazmağa qərar vermişəm, fikirlərimdə, baxışlarımda çox şey dəyişib, kitabı, demək olar, olduğu …

Sevgi 3 il yaşayır

Bəri başdan deyim ki, mütləq sevgi — Allah-təalaya olan sevgidir. İki insan arasında olan və adətən, «sevgi» deyəndə başa düşülən sevgi isə o böyük Sevginin bəlkə də zərrəsidir, ya ona aparan yol, «məşq»dir. Bir də onu deyim ki, sevgi — əgər varsa — əbədidir. Sevginin ötəri, qısa müddətli olması, bitməsinin …

İmam Sadiqin (ə) dilindən müvəffəqiyyətin 25 yolu

Allahın adı ilə! 1) Behişti axtardım nəhayət onu, bağışlamaq və alicənablıqda tapdım; 2) Və sağlamlığı və doğruçuluğu axtardım nəhayət onu, (özünü islah etmək üçün müsbət) kənara çəkilməkdə tapdım; 3) Və (yaxşı) əməllərin ağır gəlməsi yolnu axtardım nəhayət onu, Allah-Taalanın yeganəliyinə və İslam Peyğəmbərinin (s) risalətinə şəhadət verməkdə tapdım; 4) Və …

Adın qadınsa…

TV kanallarının birində bu adda veriliş var idi. Adı, şəxsən mənim üçün, çox şey vəd edirdi. Amma dəb, makiyaj və bu kimi mövzular oldu əhatə dairəsi. Məhz bu mövzular qadın dünyasının «atributları» sayılır nədənsə. «Qadın dünyası» adlı dükanlar da təsadüf edir: qab-qacaq, geyim, bər-bəzək (aksesuar) dükanları. Müxtəlif saytlarda da «Qadın dünyası» …

Quran ayələri

(İnsan üçün) onu öndən və arxadan təqib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. (Rəd surəsi, 11-ci ayə) *** Biz (hər hansı) bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona …

Yenə müəllifdən və ya Deməyə sözüm var: qonaqlara

Bismillahir rəhmanir rəhim. Əziz qonaq! Sayt bir müddət fasilədən sonra yenidən tərəfimdən diqqət mərkəzindədir. Bu qayıdışımla əlaqədar olaraq, sayta baş çəkən, yaxud, təsadüfən gəlib çıxan hər bir kəsə ürək sözlərimi demək istəyirəm. Deməyə sözüm var… Amma söz demək üçün onu eşidən olmalıdır. Təkcə eşidən yox. Eşidib anlayan. Anlayıb qavrayan. Duyan, …

20 ildən sonra yazıya köçürülən şeir

Bu şeir qizimın 2 yaşı tamam olan gün beynimdə «yazılıb». Adətən olduğu kimi, hansısa duyğuların ardından, düşünmədən, öz-özünə süzülüb. İlk dəfədir yazıya köçürürəm. Bu gün sənin ad günündür, Ad günün mübarək, qızım. Dost sevinən şad günündür, Şad günün mübarək, qızım.   Düşmən qəlbə ox sancılar Ad günündə gül balamın. Dost …