Currently browsing tag

həyat

Ramazan ayınız mübarək! (Oruc haqqında bəzi fikirlər)

İnsan Allahın əxlaq və sifətindən daha çox cəhəti özündə təcəssüm etdirməyə, onun münəzzəh olduğu nöqsan sifətləri isə özündən uzaqlaşdırmağa çalışmalıdır. Məsələn, oruc tutmaqla insan yemək-içməkdən münəzzəh olan Allahın əxlaq və sifətindən bir zərrəsini özündə təcəssüm etdirmiş olur. Orucun əsas mahiyyəti sadəcə yeməkdən çəkinmək deyil, öz nəfsinə qalib gəlmək, mənəvi naminə …

Puşkinin ad günü

Bu gün Puşkinin ad günüdür. Elə mənim də… Uşaqlıqda ad günlərimdə duyğulu bir hiss bürüyürdü məni, sakit, dinməz olardım. Təbiətən dəcəl, narahat olduğumdan, «Bir yaş böyüyür deyə ağıllanıb» —  böyüklər zarafatyana qeyd edirdilər. Amma əslində heç indi də ağıllanmamışam, hələ də uşağam. «Mənim 5 yaşım var, 0-ı nəzərə almasaq» deyirdim …

Bahar bayramınız mubarək!

Novruz — uşaqlıqdan sevdiyim əziz bir bayramdır. Onu həmişə özünəməxsus, başqalarından fərqli hiss etmişəm. Səməni, tonqal qalamaq, şəkərbura, paxlava… Hələ qapıpusdunu demirəm… Bax, bu mövzuda maraqlı uşaqlıq xatirələrim var. Uşaqkən böyük vəzifə sahibi olmaq istəyirdim, lap böyük. Yəni birinci. Vəzifəpərəstlikdən yox, qurub-yaratmaq eşqindən. Axı, birincilərin çox şeyə səlahiyyətləri çatır… Təxminən …

8 mart günü kimi mədh edirik?

İnsanlar özlərinin yaratdıqları probleməri həll etməklə məşğuldur — deyənlər nə qədər haqlıdırlar! Belə yersiz problemlərdən — qayğılardan biri də «Qadınlar bayramı» adlanan 8 mart günüdür. Uzun illər ərzində formalaşmış ənənəyə əsasən bu gün qadınlar kişilərdən xüsusi diqqət gözləyir, gül-çiçək, hədiyyə alacaqlarını bilirlər. Çünki 8 mart — beynəlxalq qadınlar günü qadınlara qayğı …

Daha bir əlamətdar gün — 24 fevral

Bismillahir rəhmanir rəhim Bu əlamətdarlıq süni təsis edilmiş bayrmla deyil, məxsusi bayramla — Allahın anaya bəxş etdiyi əvəzsiz bayramla əlaqədardır. Bu gün oğlumun doğum günüdür. Körpəlikdən onu əzizlədiyim sözləri söyləyəcəm burda. Axı, övlad ana üçün hər yaşda uşaqdır. Gözümün nuru, Başımın tacı, Dərdim əlacı, Qolumun qüvvəti, Dizimin taqəti, Canım-gözüm, Hər bir …

İndi də «Kişilər bayramı»

23 fevral məhz belə adlanırdı. Məktəblilər arasında isə bəzən “Oğlanlar bayramı”. Sevgililər günü ilə bağlı yazıda qeyd etmişəm – bayram təsis etməyi sevirik axı. Qadınlar tərəfindən süni (qondarma) təsis edilmiş bu bayramı bir vaxtlar başqa cür qiymətləndirirdim. Düşünürdüm ki,  yazıq qadınlar o qədər əzizlənmək, nəvaziş defisiti yaşayırlar ki, onlara həsr …

Ən böyük qanun

Bismillahir rəhmanir rəhim Bir dəfə «Qanun keşiyində» adlı bir qəzetə təsadüf etdim. Kriminal xəbərlərlə dolu bir qəzet idi. Orada yazılan saysız-hesabsız qanun pozuntuları məni düşüncələrə vadar etdi və bu haqda yazmaq qərarına gəldim. Dərc ediləcəyinə ümid etməsəm də, sağ olsunlar, dərc etdilər. Əsasən Quran ayələrindən ibarət olan həmin yazını olduğu kimi …

Həyat nədir?

«Mənim dinim İslamdır» (uşaqlar üçün) kitabından Biz dünyaya gəlirik, valideynlərimiz bizi qayğı ilə əhatə edir, bizi böyüdür. Körpə ikən biz heç nə başa düşmürük, nə üçün yarandığımızı, dünyanın nə oldugunu anlamağa qadir olmuruq. Sonra böyüyürük. Böyüdükcə özümüzü və dünyanı dərk etmək istəyirik. Həyat nədir? Biz nə üçün yaranmışıq? Nə üçün …