Currently browsing tag

İslam

Sən kimsən?

Çoxdan axtardığım yazıya təsadüf etdim. İki kitabı hədəf göturub dönə-dönə vərəqləyib axtarsam da, tapa bilmirdim. Təsadüfən qeydimi görüb baxdım. Elə həmin yazının kənarında idi qeydim. Axtardığım isə insanın məsx olması haqqında düşündürücü bir mövzudur. Həmin yazını — Ustad Şəhid Mürtəza Mütəhərrinin «Kamil İnsan» kitabından «Məsx olmuş insan» bəhsini nəzərinizə çatdırıram. Məsx …

Təbabət və Həqiqət

Bismillahir rəhmanir rəhim. Müəllifi olduğum və illər öncə kirill əlifbası ilə nəşr edilmiş «Təbabət və Həqiqət» kitabı, axır ki, sayta yükləndi. Baxmayaraq ki hələ neçə il əvvəl «Özünütənqid və ya «Təbabət və Həqiqət»ə bir baxış» adlı başqa bir kitab yazmağa qərar vermişəm, fikirlərimdə, baxışlarımda çox şey dəyişib, kitabı, demək olar, olduğu …

İmam Sadiqin (ə) dilindən müvəffəqiyyətin 25 yolu

Allahın adı ilə! 1) Behişti axtardım nəhayət onu, bağışlamaq və alicənablıqda tapdım; 2) Və sağlamlığı və doğruçuluğu axtardım nəhayət onu, (özünü islah etmək üçün müsbət) kənara çəkilməkdə tapdım; 3) Və (yaxşı) əməllərin ağır gəlməsi yolnu axtardım nəhayət onu, Allah-Taalanın yeganəliyinə və İslam Peyğəmbərinin (s) risalətinə şəhadət verməkdə tapdım; 4) Və …

Quran ayələri

(İnsan üçün) onu öndən və arxadan təqib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. (Rəd surəsi, 11-ci ayə) *** Biz (hər hansı) bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, və ya ona …

Ərəb əlifbası — 1-7 dərs

Ərəb əlifbası ilə ümumi tanışlıqdan sonra əvvəlcə hər bir hərfin yazılışı və tələffüz qaydaları ilə ayrılıqda tanış olaq (əlifba hərflərinin düzgün oxunuşunu dərslərin sonunda verilmiş videoçarxa baxmaqla dinləyə bilərsiniz). 1-ci dərs 1. Əlif. Ərəb əlifbasının birinci hərfi «əlif» adlanır. Əlif öz-özlüyündə heç bir səs bildirmir, onu ayrıca demək mümkün deyil, yalnız işarə qoyduqda qoyulan işarəyə …

Ərəb əlifbası ilə ümumi tanışlıq

Ərəb dili sami dillər qrupuna aiddir. Dünyada yayılmasına görə beşinci yerdədir. Ərəb dili 20-dən çox ərəb ölkəsinin rəsmi dövlət dilidir. Müqəddəs kitabımız olan Qurani-Kərim də Peğəmbərimizə (s) onun ana dilində — ərəb dilində nazıl olub. Quranın heç bir tərcüməsi ondakı gözəlliyi əks etdirə bilməz və onu əvəz edə bilməz. Bircə …

Ramazan ayınız mübarək! (Oruc haqqında bəzi fikirlər)

İnsan Allahın əxlaq və sifətindən daha çox cəhəti özündə təcəssüm etdirməyə, onun münəzzəh olduğu nöqsan sifətləri isə özündən uzaqlaşdırmağa çalışmalıdır. Məsələn, oruc tutmaqla insan yemək-içməkdən münəzzəh olan Allahın əxlaq və sifətindən bir zərrəsini özündə təcəssüm etdirmiş olur. Orucun əsas mahiyyəti sadəcə yeməkdən çəkinmək deyil, öz nəfsinə qalib gəlmək, mənəvi naminə …

Daha bir əlamətdar gün — 24 fevral

Bismillahir rəhmanir rəhim Bu əlamətdarlıq süni təsis edilmiş bayrmla deyil, məxsusi bayramla — Allahın anaya bəxş etdiyi əvəzsiz bayramla əlaqədardır. Bu gün oğlumun doğum günüdür. Körpəlikdən onu əzizlədiyim sözləri söyləyəcəm burda. Axı, övlad ana üçün hər yaşda uşaqdır. Gözümün nuru, Başımın tacı, Dərdim əlacı, Qolumun qüvvəti, Dizimin taqəti, Canım-gözüm, Hər bir …

Ən böyük qanun

Bismillahir rəhmanir rəhim Bir dəfə «Qanun keşiyində» adlı bir qəzetə təsadüf etdim. Kriminal xəbərlərlə dolu bir qəzet idi. Orada yazılan saysız-hesabsız qanun pozuntuları məni düşüncələrə vadar etdi və bu haqda yazmaq qərarına gəldim. Dərc ediləcəyinə ümid etməsəm də, sağ olsunlar, dərc etdilər. Əsasən Quran ayələrindən ibarət olan həmin yazını olduğu kimi …

Həyat nədir?

«Mənim dinim İslamdır» (uşaqlar üçün) kitabından Biz dünyaya gəlirik, valideynlərimiz bizi qayğı ilə əhatə edir, bizi böyüdür. Körpə ikən biz heç nə başa düşmürük, nə üçün yarandığımızı, dünyanın nə oldugunu anlamağa qadir olmuruq. Sonra böyüyürük. Böyüdükcə özümüzü və dünyanı dərk etmək istəyirik. Həyat nədir? Biz nə üçün yaranmışıq? Nə üçün …