Currently browsing tag

qadın

Xoşbəxt olmaq istəyən qadınlara tövsiyələr

Bir qadın Müdrikə öz taleyindən şikayətlənir. Müdrik: — Öz taleyinə sən özün cavabdehsən  —- deyir. — Məgər mən qadın doğulduğuma cavabdehəm? — Qadın olmaq — sənin taleyin deyil, qədərindir. Taleyin isə bu təyinat üzrə necə yaşamağından asılıdıir. Qadın olmaq — qadın fitrətinə. Allahın qoyduğu qadınlıq təyinatına malik olmaq deməkdir və qadının …

Sevgi 3 il yaşayır

Bəri başdan deyim ki, mütləq sevgi — Allah-təalaya olan sevgidir. İki insan arasında olan və adətən, «sevgi» deyəndə başa düşülən sevgi isə o böyük Sevginin bəlkə də zərrəsidir, ya ona aparan yol, «məşq»dir. Bir də onu deyim ki, sevgi — əgər varsa — əbədidir. Sevginin ötəri, qısa müddətli olması, bitməsinin …

Adın qadınsa…

TV kanallarının birində bu adda veriliş var idi. Adı, şəxsən mənim üçün, çox şey vəd edirdi. Amma dəb, makiyaj və bu kimi mövzular oldu əhatə dairəsi. Məhz bu mövzular qadın dünyasının «atributları» sayılır nədənsə. «Qadın dünyası» adlı dükanlar da təsadüf edir: qab-qacaq, geyim, bər-bəzək (aksesuar) dükanları. Müxtəlif saytlarda da «Qadın dünyası» …

Yenə müəllifdən və ya Deməyə sözüm var: qonaqlara

Bismillahir rəhmanir rəhim. Əziz qonaq! Sayt bir müddət fasilədən sonra yenidən tərəfimdən diqqət mərkəzindədir. Bu qayıdışımla əlaqədar olaraq, sayta baş çəkən, yaxud, təsadüfən gəlib çıxan hər bir kəsə ürək sözlərimi demək istəyirəm. Deməyə sözüm var… Amma söz demək üçün onu eşidən olmalıdır. Təkcə eşidən yox. Eşidib anlayan. Anlayıb qavrayan. Duyan, …

Tikdim ki izim qala…

Söhbət Gəncədə fəaliyyətə başlayan «Vahə» qadın və uşaq mərkəzinin yaradılmasından gedir. Əvvəlcə məqalənin adı «Skripkanın səsi və ya Tikdim ki izm qala» idi. «Skripkanın səsi» ifadəsi bir lətifə ilə bağlı yer almışdı ki, «Eskizlər»dəki bir qeydimdə qeyd etmişəm. Qadınların mədəni istirahəti, onlara aid xidmət növlərinin bir arada cəm edilməsi ilə işlərinin, …

8 mart günü kimi mədh edirik?

İnsanlar özlərinin yaratdıqları probleməri həll etməklə məşğuldur — deyənlər nə qədər haqlıdırlar! Belə yersiz problemlərdən — qayğılardan biri də «Qadınlar bayramı» adlanan 8 mart günüdür. Uzun illər ərzində formalaşmış ənənəyə əsasən bu gün qadınlar kişilərdən xüsusi diqqət gözləyir, gül-çiçək, hədiyyə alacaqlarını bilirlər. Çünki 8 mart — beynəlxalq qadınlar günü qadınlara qayğı …